Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gülhüseyn Kazımlı: “Şuşa İli” bütün xalqımızın həyatında yeniliklər ili olacaq

Bakı, 3 fevral, Abdulla Suvar, AZƏRTAC

Muğam irsimizin və mədəniyyət tariximizin yorulmaz tədqiqatçılarından olan, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, ictimai xadim, şair, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı növbəti ad gününü qeyd edir. O, 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. Dörd ali təhsilə yiyələnib, müxtəlif vəzifələrdə çalışıb. Dövri mətbuatda xeyli elmi-publisistik yazıları dərc olunub, dəyərli araşdırma əsərləri çap edilib. AZƏRTAC-ın əməkdaşı doğum günü ərəfəsində Gülhüseyn Kazımlı ilə həmsöhbət olub.

- Gülhüseyn müəllim, ömrün 72-ci zirvəsindən arxada qalan illər necə görünür? Bizə görünən odur ki, bu illər ərzində harada olmağınızdan və hansı işi görməyinizdən asılı olmayaraq, hər zaman mənsub olduğunuz millətin musiqisini, incəsənətini tanıtmağa və bu sahədə axtarışlara üstünlük vermisiniz...

- Ötən dövrlərdə müxtəlif vəzifələrdə çalışmışam. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin “Elm və təhsil” baş redaksiyasında redaktor, Nazirlər Kabinetinin redaktə qrupunun rəhbəri, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Aparat rəhbəri və digər işlərdə çalışsam da, heç vaxt özümü ədəbiyyatdan, musiqidən ayrı hiss etməmişəm. Hələ televiziyada işləyərkən görkəmli sənətkarlar, Xalq artistləri Arif Babayev və Sara Qədimova haqqında yazdığım radiooçerklər Azərbaycan radiosunda səslənib. Təhsil aldığım ali məktəblərdən biri də sovet dövrünün ən nüfuzlu ali təhsil ocaqlarından olan Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin İctimai Elmlər Akademiyası idi. Həmin ideoloji akademiyada oxuyanların əksəriyyəti partiya tarixi, elmi kommunizm və digər kafedraları seçirdilər. Ancaq mən qəlbimdə musiqiyə, mədəniyyətimizə olan hissləri əsas götürərək “Mədəniyyət tarixi və mədəniyyət nəzəriyyəsi kafedrası”nı seçdim. Dissertasiya işimin mövzusu sovet yazıçılarının yaratdıqları obrazlarda daxili konfliktlərin mübarizəsi vasitəsilə insanın özünüdərkinin, özünütəmizləmənin mümkünlüyü barədə idi. İnsanın daxili aləmində baş verən pozitiv dəyişikliklər, bu zaman mənfidən müsbətə doğru inkişafın mümkünlüyü mövzunun əsas leytmotivini təşkil edirdi. Yusif Səmədoğlunun “Qətl günü”, Mövlud Süleymanlının “Dəyirman”, Andrey Bitovun “Puşkin evi”, Quram Pancikidzenin “Spiral” kimi əsərlərində daxili psixologizmin təhlilini aparmışdım. Bunları deməkdə əsas məqsədim odur ki, ideoloji akademiyada təhsil alsam da, götürdüyüm mövzu da mədəniyyətə, ədəbiyyata aid idi, seçdiyim mövzunun nə partiyaya, nə elmi kommunizmə, nə də sırf həmin dövrün çağırışlarına aidiyyəti vardı. Elmi işi uğurla müdafiə edib filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldım. Bir sözlə, harada, hansı vəzifədə işləməyimdən asılı olmayaraq həmişə mədəniyyətimizin, musiqimizin, ədəbiyyatımızın tədqiqinə, təbliğinə çalışmışam. Bu, mənim həyat kredom olub.

-İndiyə qədər dərc olunan kitablarınızdan, qələmə aldığınız şeirlərdən, mahnıya çevrilən əsərlərinizdən danışmadınız...

-Ötən müddət ərzində 20-yə qədər kitabım çap olunub. Xalqımızın sevimli şairi Məmməd Arazın xeyir-duası ilə ədəbiyyatda ilk addımlarımı atmışam. “Vətən sevgisi” adlı ilk şeirlər kitabım 1978-ci ildə işıq üzü görüb. Sonralar “Yollarda ömür”, “Mənə inan”, “İnsanın dərki”, “Ümid yeri”, “Heydər Əliyevin yadigarları” və digər kitablarım işıq üzü görüb. Şeirlərimə Şəfiqə Axundova, Oqtay Rəcəbov, Tofiq Babayev, Əfsər Cavanşirov, Nəriman Məmmədov, Azər Rzayev kimi bəstəkarlar 30-dan çox mahnı bəstələyib. "Vətən sevgisi", "Qadın əlləri", "Məhəbbət", "Əsgər yuxuları" kimi mahnılar bu qəbildəndir. Sözlərimə yazılmış mahnıları Baba Mahmudoğlu, Flora Kərimova, Oqtay Ağayev, İlhamə Quliyeva, Səkinə İsmayılova, Təranə Vəlizadə, Eldar Axundov, Eyvaz Həsənov və başqa tanınmış müğənnilər ifa ediblər.

İndiyədək otuza yaxın Avropa, Amerika, Asiya ölkələrində səfərdə olmuşam və həmin səfərlərdə müşahidələrimi şeirə, sözə çevirmişəm. Klassiklərin əsərlərini mütaliə etməkdən zövq alıram. Xüsusilə, muğamlarımızın vurğunuyam.

- “Qaranlıqdan işığa. Əsgər ağa Gorani” sizin yaradıcılığınızda və müasir ədəbiyyatşünaslığımızda müstəsna yer tutur. Həmmüəllif olduğunuz “Bülbülcan” və “Qarmonun əfsanəsi” kitabları da mədəniyyət tariximizin araşdırılması baxımından olduqca maraqlı nümunələrdir. Hazırda tarixin arxivlərində qalan mədəniyyət və incəsənət irsimizin üzə çıxarılması sahəsində hansı işlər görürsünüz?

- XIX əsrdə fəaliyyət göstərmiş məşhur “Qarabağnamə” əsərinin müəllifi Mirzə Adıgözəl bəyin nəvəsi dramaturq, yazıçı, maarifçi, Əsgər ağa Adıgözəlov Gorani haqqında “Qaranlıqdan işığa. Əsgər ağa Gorani” kitabı illərlə apardığım araşdırmaların nəticəsində ərsəyə gəlib. Onu da deyim ki, Mirzə Adıgözəl bəy də, Əsgər ağa Gorani də Nizami Gəncəvinin məqbərəsini öz vəsaitləri hesabına yenidən təmir etdiriblər. Əsgər ağa Gorani Nəcəf bəy Vəzirovla birlikdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasında təhsil almışdı. Onlar Bakıda gimnaziyada da bir yerdə oxumuşdular, yaxın dost idilər. Əsgər ağa Gorani, eyni zamanda, hüquq sahəsində çalışırdı, 30 ilə yaxın Tiflisdə və Kutaisidə bu sahədə işləmişdi. 1906-cı ildə yenidən Gəncəyə qayıtmışdı. Burada onu indiki anlamda desək, bələdiyyə başçısı seçmişdilər. Həmin dövrdə o, Gəncədə ilk dəfə olaraq qızlar məktəbi açmışdı. Seyid Əzim Şirvani həmin hadisəni öz şeirində qələmə almışdı, o, uçulub dağılmış Nizami Gəncəvi məqbərəsini öz vəsaiti hesabına təmir etdirmişdi. İctimai fikir tariximizin görkəmli nümayəndələrindən biri olan Əsgər ağa Adıgözəlov Goraniyə həsr olunmuş “Qaranlıqdan işığa. Əsgər ağa Gorani” kitabı 2016-cı ildə Bakıda “Şuşa” nəşriyyatında yüksək poliqrafik üslubda çap olunub. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, kitab yaradıcılığımda və eləcə də müasir ədəbiyyatşünaslığımızda əlahiddə yer tutur. Bu monoqrafik tədqiqatı tamamilə yeni metodoloji əsasda, fərqli rakursda, maraqlı üslubda qələmə almışam. Əsəri Əsgər ağa Goraninin 2017-ci ildə tamam olan 160 illik yubileyinə layiqli bir töhfə də hesab etmək olar. Nəyə görə Mirzə Adıgözəl bəydən, Əsgər ağa Goranidən belə çox danışdım, çünki mən bir müddət sonra Beynəlxalq Muğam Mərkəzinə gəldim və gəlişimin səbəbi onların haqqında yazdığım kitabla əlaqədar idi. Kitab üzərində işləyərkən artıq bilirdim ki, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti, virtuoz pianoçu Murad Hüseynov Əsgər ağa Goraninin nəticəsidir. Söhbət əsnasında Murad müəllim məni mərkəzdə həyata keçirilən layihələrdə iştirak etməyə dəvət etdi.

Bülbülcan adıyla daha çox tanınan Əbdülbağı Zülalov haqqında kitabı yorulmaz tədqiqatçı Vasif Quliyevlə birlikdə yazmışıq. Kitab Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan və gürcü dillərində çap olunub. Bakıda Beynəlxalq Muğam Mərkəzində, həmçinin Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Mərkəzində gürcü ictimaiyyətinin iştirakı ilə əsərin təntənəli təqdimatı keçirilib. Yeri gəlmişkən deyim ki, Beynəlxalq Muğam Mərkəzi məni Tbilisiyə ezam etdi, axı Bülbülcan ömrünün 30 ilini həmin şəhərdə yaşayıb. Mən Bakı arxivləri ilə yanaşı, Gürcüstandakı arxivlərdə də işlədim və yeni mənbələr aşkar etdim. 2016-cı ildə Beynəlxalq Muğam Mərkəzində Bülbülcanın 175 illiyinə həsr olunmuş təntənəli gecə keçirildi. İndi də bu sahədə işlər davam edir.

“Qarmonun əfsanəsi” kitabı isə dörd yaşında gözləri dünya işığına həsrət qalan qarmon ustadı Əhəd Əliyev haqqındadı. Bu əsər də Beynəlxalq Muğam Mərkəzi tərəfindən çap edilib.

Tədqiqat işlərimi yenə də davam etdirirəm. Pandemiya ilə əlaqədar olaraq bəzi layihələrin icrası ləngidi. Artıq həyat öz əvvəlki axarına qayıdır və yarımçıq qalmış işləri davam etdirməyə başlayacağam.

- Yeri gəlmişkən, siz Beynəlxalq Muğam Mərkəzində bir çox mühüm mədəni layihələrin həyata keçirilməsinin yaxından iştirakçısısınız və muğam irsinin, mədəni xəzinəmizin yorulmaz təbliğatçılarından biri kimi çalışırsınız. Bu sahədə gördüyünüz və görəcəyiniz işlər nədən ibarətdir?

- Beynəlxalq Muğam Mərkəzində müqavilə şərtləri ilə işləyirəm. Azərbaycan musiqisi 3 lad intonasiya sistemi üzərində qurulub. Bunların birincisi muğamlar, ikincisi aşıq mahnıları, üçüncüsü isə bəstəkar yaradıcılığıdır. Beynəlxalq Muğam Mərkəzi də həmin istiqamətləri əsas götürüb. Mərkəzdə istər muğam və xalq mahnılarının, klassik və müasir bəstəkar mahnılarının, istərsə də aşıq mahnılarının, eləcə də Qərb musiqisinin təbliğinə geniş yer verilir. Beynəlxalq Muğam Mərkəzi həm də böyük bir mədəniyyət məbədi olaraq müasir musiqini də təbliğ edir. Yəni mərkəzin əhatə dairəsi çox genişdir.

Mənim mərkəzin rəhbərliyinin dəvəti ilə iştirak etdiyim layihələrdən biri qədim və müasir musiqimizin elmi-nəzəri məsələlərinin müzakirə olunduğu dəyirmi masa, digəri isə “Unudulmayanlar” layihəsidir. Hər iki layihənin əsas məqsədi muğam korifeylərinin, ilk növbədə, Beynəlxalq Muğam Mərkəzində büstü olan korifeylərimizin, sonra isə unudulmuş, unudulmaqda olan muğam ifaçılarımızın bədii portretlərini yenidən işləmək, yenidən arxivlərdə araşdırma aparmaq və onların həyat və yaradıcılığına aid olan maraqlı məlumatları üzə çıxarmaqdır. Artıq 6 ilə yaxındır ki, bu sahədə axtarışlar aparırıq və bu illər ərzində görkəmli korifey sənətkarlar haqqında çoxsaylı xatirə gecələr keçirilib.

- 30 ilə yaxın davam edən yurd, torpaq həsrətindən sonra yenidən doğma Cəbrayılda olarkən hansı hisslər yaşadınız....

- Uzun illərin həsrətindən sonra Cəbrayıla getməyimi və orda keçirdiyim hissləri sözlə ifadə etmək çox çətindir. Çünki 28 ilə yaxın idi ki, biz doğma yurd həsrəti ilə yaşayırdıq. Cəbrayıla getməyə dəvət alanda sevincimin həddi-hüdudu yox idi, özümə yer tapa bilmirdim. Təəssüratlarıma gəlincə... ifadə etmək çətindir... Çünki həm Cəbrayıla getmişdik, həm də getməmişdik. Mənim tanıdığım Cəbrayıl yox idi, başdan-başa xarabalıqdan, təkəmseyrək daş-divarı qalmış evlərdən və boş səhradan ibarət idi. Mərkəzdə üstündə qartal şəkli olan bir dağ var, yalnız onun vasitəsilə onu oxşatmaq olurdu. Buna baxmayaraq, Vətən torpağına ayaq basmaq, Vətən havası udmaq özgə bir hissdir. Əsas torpaqdır, sonradan onun üstündə hər cür şərait yaratmaq olar. Cəbrayılda olanda bizə rayonun baş planını göstərdilər. Prezident İlham Əliyevin iştirakı ilə Cəbrayılın təməlqoyma mərasimində iştirak etdik.

Orada Prezidentin cəbrayıllı ziyalılarla görüşündə bir bayatı səsləndirdim:

Əzizim Ordubada,

Yol gedir Ordubada.

Sərkərdə igid olsa,

Heç verməz ordu bada.

Doğurdan da dövlət başçısı ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, ölkəmizin ərazi bütövlüyünü bərpa edən müdrik lider, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi.

-“Şuşa İli”nə bir yaradıcı insan kimi hansı töhfəni verməyi düşünürsünüz?

-Azərbaycan mədəniyyəti, muğam və musiqisinin çox böyük bir dövrü Şuşa ilə bağlıdır. Əbəs yerə Şuşanı Azərbaycanın konservatoriyası adlandırmamışlar. Ulu öndər Heydər Əliyev demişdir: “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!”. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa hər zaman xalqımız üçün müqəddəs bir məkan olub. 2022-ci ilin ölkə başçısının Sərəncamı ilə “Şuşa İli” elan olunması bu qədim şəhərin irsini bir daha dərindən öyrənməyə, araşdırmağa sövq edir.

Haqqında kitab yazdığım Bülbülcan Şuşada doğulub, orada yaşayıb-yaradıb. Onun şəhərdə evi olması barədə müəyyən faktlar var. Mən Şuşada Vaqif Poeziya Günlərində iştirak edərkən bu məsələ ilə əlaqədar məlumatlar topladım. Araşdırmalarımı tamamlamaq üçün yenidən Şuşaya getmək istəyirəm. Həmçinin Beynəlxalq Muğam Mərkəzi tərəfindən ekranlaşdırılan “Bülbülcan” sənədli filminin bəzi detallarının Şuşada çəkilməsi nəzərdə tutulur.

Ötən il Bülbülcanın anadan olmasının 180 və ustad xanəndə Cabbar Qaryağdıoğlunun 160 illiyi tamam oldu. Pandemiya ilə əlaqədar olaraq onlara həsr olunmuş tədbirlərin geniş şəkildə keçirilməsi mümkün olmadı. Bu ayda hər iki sənətkarın yaradıcılığına həsr olunmuş dəyirmi masa və konsert proqramlarının təşkili nəzərdə tutulub. İnanıram ki, “Şuşa İli” bütün xalqımızın həyatında rəngarəng yeniliklərlə əlamətdar olacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq