Gürcüstan Fransadan alınan hava hücumundan müdafiə sisteminin quraşdırılmasını başa çatdırıb
Tbilisi, 12 iyun, AZƏRTAC
Gürcüstan Müdafiə Nazirliyi Fransadan alınan hərb hava hücumundan müdafiə sisteminin quraşdırılmasını başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvili parlamentin "nazir saatı" formatında çıxışı zamanı məlumat verib.
O bildirib ki, Gürcüstan 2015-ci ildə Fransadan hərbi hava qüvvələri üçün kompleks sistem alıb. Artıq alınan hava hücumundan müdafiə sistemlərinin quraşdırılması və onların yardımçı obyektlərinin inşası başa çatdırılıb.
İ.Qaribaşvili qeyd edib ki, layihənin gedişatı üzrə müşahidə və nəzarət sistemi də yaradılır və bu sahədə işlər 2021-ci ilə qədər yekunlaşacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]