GÜRCÜSTAN PREZİDENTİ BİR ÇOX PROBLEMLƏRİN HƏLLİNDƏ QAZAXISTANA BÖYÜK ÜMİDLƏR BƏSLƏYİR
Sonra prezidentlər birgə mətbuat konfransı keçirmişlər. M.Saakaşvili MDB məkanında Gürcüstanın Qazaxıstanla da münasibətlərə üstünlük verdiyini, Qazaxıstanın heç kəs üçün problem yaratmadığını, əksinə, mövcud problemlərin həllinə çalışdığını, öz ölkəsinin bir çox problemlərinin nizama salınmasında bu Orta Asiya dövlətinə böyük ümid bəslədiyini bildirmişdir. O demişdir ki, Qazaxıstan qazının Gürcüstana çox yaxşı və qarşılıqlı surətdə sərfəli şərtlərlə ixracı barədə razılaşma əldə edilmişdir.
N.Nazarbayev nəqliyyat, energetika və s. sahələrdə Qazaxıstan-Gürcüstan münasibətlərindən, Qazaxıstanın enerji daşıyıcılarının Azərbaycan vasitəsilə Gürcüstan ərazisinə və buradan da digər ölkələrə nəql olunması perspektivlərindən danışmışdır.
Oktyabrın 3-də ali qonaq Gürcüstan parlamentinin sədri Nino Burcanadze ilə görüşmüşdür.
Həmin gün hökumətlərarası dörd memorandum imzalanmışdır.
Qazaxıstan Prezidentinin Gürcüstana səfəri oktyabrın 4-də başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]