GÜRCÜSTAN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MİXAİL SAAKAŞVİLİYƏ
Milli bayram - Müstəqillik günü münasibətilə Sizi və dost Gürcüstan xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Suveren, demokratik, hüquqi dövlətin qurulması və möhkəmlənməsində, dünya birliyinə ardıcıl inteqrasiyada Gürcüstanın qazandığı uğurlara ürəkdən şadam.
Əminəm ki, dövlətlərimiz arasında ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinə əsaslanan strateji əməkdaşlığın səviyyəsinin daha da yüksəlməsi, irimiqyaslı birgə transmilli energetika layihələrinin uğurla həyata keçirilməsi, regional və beynəlxalq təşkilatlarda sıx qarşılıqlı əlaqə və qarşılıqlı dəstək xalqlarımızın rifahının yüksəlməsinə, Qafqazda təhlükəsizliyin və sabitliyin təmin olunmasına bundan sonra kömək edəcəkdir.
Əziz Mixail Nikolayeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar, dost Gürcüstan xalqına sülh, həmrəylik və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 17 may 2006-cı il.