Gürcüstanda 1000-dən çox insan spirtli içkilərdən və qidadan zəhərlənib
Tbilisi, 5 may, AZƏRTAC
Gürcüstanda Pasxa bayramı zamanı 785 nəfər spirtli içkilərdən zəhərlənib.
AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar və Təcili Yardım Koordinasiya Mərkəzi məlumat yayıb. Bildirilib ki, Pasxa bayramı başlayandan mayın 4-ü saat 10:00-a qədər zəhərlənmə ilə əlaqədar 785 müraciət olub. Müraciət edənlərin 658 nəfəri xəstəxanaya yerləşdirilib.
Bundan başqa ölkədə, qida zəhərlənmələri də artıb. Pasxa bayramı günlərində qaynar xəttə 411 müraciət daxil olub. Onların da 194-ü xəstəxanaya yerləşdirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]