Gürcüstanda bu gündən bəzi məhdudiyyətlər qüvvəyə minib
Tbilisi, 3 may, AZƏRTAC
Mayın 3-dən Gürcüstanda bəzi məhdudiyyətlər qüvvəyə minir.
AZƏRTAC xəbər verir ki, Gürcüstan hökumətinin Dövlət Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən bu gündən başlayaraq mayın 12-dək ölkə daxilində ictimai nəqliyyatın hərəkəti qadağan edilir. Lakin bu qadağa şəhərlərarası ictimai nəqliyyatın hərəkətinə şamil olunmayacaq.
Eyni zamanda, şəxsi avtomobillərlə hərəkət və taksi fəaliyyəti də sərbəst olacaq. Bundan başqa, mayın 4-dək ölkə ərazisində, xüsusən də paytaxt Tbilisi və digər böyük şəhərlərdə qəbiristanlıqlara giriş qadağan edilib. Bu qadağa dəfin mərasimlərinə şamil edilmir.
Gürcüstanda həmçinin 4-11 may tarixlərində tətil elan olunub. Qeyri-iş günləri əsasən fəaliyyəti vacib olmayan dövlət müəssisələrinə şamil olunacaq.
Qeyd edək ki, ölkə ərazisində saat 21:00-dan 5:00-dək tətbiq olunan “komendant saatı” da qüvvədə qalır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]
Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib
- 10.10.2026 [08:42]
Çin SatNet internet peyklərini orbitə çıxardı
- 10.10.2026 [08:16]
"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]