Gürcüstanın Azərbaycana 6,2 milyon dollar borcu var
Tbilisi, 15 may, AZƏRTAC
Mayın 1-nə olan məlumata görə, Gürcüstanın 5,69 milyard ABŞ dolları xarici borcu var. Qonşu ölkənin xarici borcunda Azərbaycanın payı dəyişməyib. Hazırda Gürcüstanın Azərbaycana 6,29 milyon dollar borcu var.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında deyilir.
Bildirilir ki, Gürcüstanın xarici borcunun 5,44 milyard dolları hökumətin payına düşür. Gürcüstanın ən çox Almaniyaya borcu var (366,44 milyon dollar). Siyahıda ikinci yerdə 318,69 milyon dollarla Fransa, üçüncü yerdə isə 217,52 milyon dollarla Yaponiya dayanır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:56]
Azərbaycanın strateji valyuta ehtiyatları 15,2 faiz artıb
- 10.06.2026 [12:43]
Azərbaycanda muzdla çalışanların orta aylıq əməkhaqqı 1170 manatı ötüb
- 10.06.2026 [12:37]
Neft-qaz sektorunda 16 milyard manatdan çox ÜDM istehsal olunub
- 10.06.2026 [12:35]
Bu il qlobal neft tədarükü gündəlik 98,9 milyon barel olacaq
- 10.06.2026 [12:32]
Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb
- 10.06.2026 [12:18]