Gürcüstanın Baş naziri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Bakı, 5 may, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mayın 5-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.