Haaqakı “Səfirliklər festivalı”nın ziyarətçiləri Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış olacaqlar
Haaqa, 2 sentyabr, AZƏRTAC
Sentyabrın 3-də Niderland ictimaiyyətinin nümayəndələrinin Azərbaycanın bu ölkədəki səfirliyini ziyarət etmək və ölkəmizin tarixi, mədəniyyəti ilə tanış olmaq imkanları olacaq.
AZƏRTAC xəbər verir ki, sentyabrın 3-4-də Niderland Krallığında “Səfirliklər festivalı” keçiriləcək. Azərbaycanın bu ölkədəki səfirliyi də festivala qatılaraq niderlandlılara ölkəmizin yaxından tanımaq imkanı yaradacaq.
Sentyabrın 3-də Azərbaycan səfirliyinin qapıları yerli sakinlərə açıq olacaq. Səfirliyin binasını ziyarət edən niderlandlılara ölkəmizin tarixi, mədəniyyəti barədə ətraflı məlumat veriləcək. Onlar ölkəmizin ikitərəfli və çoxtərəfli münasibətləri, eləcə də yeni tarixi haqqında dolğun biliklər əldə edəcəklər.
Sentyabrın 4-də müxtəlif səfirliklər tərəfindən təşkil olunacaq stendlərin ziyarətçiləri ölkəmizin tarixi, mədəniyyəti, eləcə də mətbəxi ilə tanış olmaq imkanı qazanacaqlar. Ziyarətçilərə ölkəmiz haqqında məlumatlandırıcı broşürlər təqdim olunacaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [13:38]
Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib
- 18.08.2026 [13:43]
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
- 17.08.2026 [17:33]
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci ildönümü qeyd edilib
- 15.08.2026 [15:17]
Xankəndi və Baia Mare qardaşlaşır - FOTO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Türkiyədə zəlzələ olub
- 18.08.2026 [23:56]
"Hapoel"in baş məşqçisi: “Sabah” keyfiyyətli və sürətli komandadır
- 18.08.2026 [23:24]
Yunanıstanda meşə yanğınları başlayıb
- 18.08.2026 [22:55]