HACIQABUL BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ HAZIRLAŞIR
Hacıqabulda bələdiyyə seçkilərində səs verəcək 36 min 700 adamın dəqiq siyahısı hazırlanmışdır.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, rayon dairə seçki komissiyası yerli özünüidarəetmə orqanlarına seçkilərin keçirilməsi üzrə qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrin məntəqələrdə yerinə yetirilməsi və geniş izahat işləri aparmaq barədə tövsiyələr vermişdir.