Hakim “Gürcü Arzusu” partiyası Cozef Borrelin bəyanatını reallıqdan uzaq və ədalətsiz adlandırıb
Tbilisi, 15 oktyabr, AZƏRTAC
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin Gürcüstanın Avropaya inteqrasiya yolundan çıxması barədə bəyanatı Gürcüstan tərəfindən narazılıqla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası C.Borrelin bəyanatına sərt cavab verib.
“Gürcü Arzusu” partiyasının deputatı İrakli Kirtxalia deyib ki, belə yüksək tribunadan Borrel kimi yüksək səviyyəli nümayəndənin anti-Gürcüstan bəyanatları nə ikili, nə də üçlü standartlara sığmır. Bu, hər cür reallıqdan uzaq, çox ədalətsiz bir bəyanatdır.
Qeyd edək ki, Avropa diplomatiyasının rəhbəri C.Borrell Gürcüstanın Avropaya inteqrasiya yolundan çıxdığını bəyan edib.
Borrell daha əvvəl LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağıraraq bildirmişdi ki, Gürcüstan belə bir qanunla ölkəni Avropa İttifaqına üzvlükdən uzaqlaşdırır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]