HAKİMLƏR BRİQADASININ ÜZVLƏRİ MƏLUM OLMUŞDUR
AZƏRTAC AFFA-nın saytına istinadən xəbər verir ki, aprelin 25-dən 29-dək Bakıda futbol üzrə həvəskarlar arasında beşinci regional kubokun altıncı qrupunun oyunları keçiriləcəkdir. Qarşılaşmaları idarə edəcək hakimlər briqadasının üzvləri məlum olmuşdur. Turnirdə Azərbaycanı Ceyhun Haşımov (ehtiyat hakim) və Roman Vasilyev (yan xətt hakimi) təmsil edəcəkdır. Türkiyəli İsmət Arzuman (baş hakim), Serkan Ok (yan xətt hakimi), Rusiyadan isə Vladislav Bezrodov (baş hakim) və Yevgeni Turbin də (yan xətt hakimi) oyunları idarə edəcəklər.
Bakıya gələcək dördüncü hakimlər briqadasının hansı ölkədən olacağı hələ müəyyənləşməmişdir. Qeyd edək ki, altıncı qrupda Azərbaycan, Gürcüstan, İsveçrə və Serbiyanın həvəskar futbolçuları mübarizə aparacaqlar. Turnirdə ölkəmizi Əli Bayramlının “Şirvan” komandası təmsil edəcəkdir.
Aprelin 25-də İsveçrə-Gürcüstan, Azərbaycan-Serbiya, 27-də Serbiya-İsveçrə, Azərbaycan-Gürcüstan, 29-da isə Gürcüstan-Serbiya və Azərbaycan-İsveçrə qarşılaşmaları olacaqdır.
Oyunlar “Şəfa” və İsmət Qayıbov adına stadionlarda keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]
Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır
- 05.10.2026 [01:16]
Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb
- 04.10.2026 [21:23]
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb
- 04.10.2026 [23:37]
Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb
- 04.10.2026 [23:06]
GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir
- 04.10.2026 [22:32]
Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB
- 04.10.2026 [22:13]