HAVA METEOHƏSSAS İNSANLAR ÜÇÜN ƏLVERİŞLİ OLACAQDIR
Bakı, 23 avqust (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, avqustun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcəkdir. Havanın temperaturu gecə 19-22, gündüz 26-28 dərəcə isti təşkil edəcəkdir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaqdır.
Avqustun 25-də hava şəraitinin dəyişkən buludlu və əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal -qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaqdır. Havanın temperaturu gecə 20-23, gündüz 27-31 dərəcə isti təşkil edəcəkdir.
Avqustun 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, cənub-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 20-23, gündüz 28-31 dərəcə isti olacaqdır.
Azərbaycanın rayonlarında avqustun 24-də hava şəraitinin əsasən gündüz yağmursuz keçəcəyi, gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 17-22, gündüz 26-31, dağlarda isə gecə 11-13, gündüz 19-24 dərəcə isti təşkil edəcəkdir.
Avqustun 25-26-da hava şəraitinin gündüz yağmursuz, gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 18-23, gündüz 28-33, dağlarda isə gecə 11-15, gündüz 19-24 dərəcə isti olacaqdır.
Yaxın 3 gün ərzində Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti və meteorloji amillərin zəif və mülayim tərəddüdləri əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.