Hazırda Ağdamda ANAMA-nın təlimləri keçirilir
Bakı, 28 fevral, AZƏRTAC
Hazırda Ağdamda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təlimləri keçirilir. Burada humanitar minaaxtarma və döyüş sahələrinin təmizlənməsi kursu üzrə ümumilikdə beynəlxalq minaaxtarma qaydalarının öyrədilməsi həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu ANAMA-nın əməliyyat idarəsinin təlim və metodoloji təminat şöbəsinin baş mütəxəssisi Musa Məmmədov deyib.
O bildirib ki, müharibədən sonrakı dövrdə azad edilmiş ərazilərdə humanitar minaaxtarma işləri geniş vüsət alıb. “Bu işlə məşğul olan təşkilatların eyni qayda üzrə işləməsi lazımdır ki, əhalimiz təhlükəsiz ərazilərə qədəm basa bilsinlər. Təşkilat da öz üzərinə düşən bu vəzifələri yerinə yetirməyə çalışır. ANAMA Azərbaycanda humanitar minaaxtarma sahəsi üzrə ən təcrübəli təşkilatdır. Bu sahədə digər təşkilatlara da öz təcrübə mübadiləsini həyata keçirir. Ehtiyac duyulan təlimləri yerinə yetirir. Bunun üçün ANAMA-da təlim heyəti genişlənməkdədir, həmçinin təlimlər üçün vəsaitlərin hazırlanması, onlardan digər təşkilatların təlimində istifadəsi nəzərdə tutulub”, - deyə baş mütəxəssis qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.10.2026 [17:48]
Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
- 10.10.2026 [17:30]
Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR
- 10.10.2026 [16:26]