Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hazırda Qərbi Azərbaycan məsələsinin tədqiq və təbliğ edilməsi zərurəti yaranıb

Hazırda Qərbi Azərbaycan məsələsinin tədqiq və təbliğ edilməsi zərurəti yaranıb

Bakı, 21 aprel, AZƏRTAC

“Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var...”

(Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki nitqindən, 24 dekabr 2022-ci il).

Ölkə rəhbərinin səsləndirdiyi bu çağırış xüsusi önəm kəsb edir. Prezidentin vurğuladığı, xüsusi diqqət ayırdığı, çağırış etdiyi bu məsələ İrəvan, Göyçə, Zəngəzur kimi tarixi Azərbaycan torpaqlarını tərk etməyə məcbur edilmiş, hazırda Azərbaycanın indiki ərazisində yaşayan azərbaycanlıların tarixi və mədəni irsidir. Azərbaycan dövlətçiliyinin varislərindən olan İrəvan xanlığı çox da uzaq tarix deyil. Buna görə də hazırda taleyi və tarixi elmi dövriyyədən kənarda saxlanmadan Qərbi Azərbaycan məsələsinin tədqiq və təbliğ edilməsi zərurəti yaranıb. Milli, mədəni, elmi və tarixi baxımdan bu tarixi məsələnin tədqiq və təbliğ edilməsi soykökünə bağlılıq, milli özünüdərk, milli tarixi şüur, habelə milli kimlik və milli mədəni irs məsələləri ilə bağlı tarixşünaslığımızda çoxdan bəri kök salmış böyük bir boşluğu doldurmağa, həmçinin bir çox cavabı dəqiq olmayan müzakirəli məsələləri aradan qaldırmağa təsir göstərə bilər. Bu baxımdan Vətən müharibəsində əldə edilən tarixi Qələbə xalqımızın müqəddəratının yeni mərhələsi zəminində geniş üfüqlər açdı. 44 günlük tarixi savaşda qazanılan qələbə və nailiyyətlər soykökünə bağlılıq və milli özünüdərk, habelə milli dirçəliş və milli intibah tarixşünaslığımızda çoxdan kök salmış böyük bir boşluğu aradan qaldırmağa ciddi təkan verdi. Tarixi qələbə müqəddəratımızın təyini haqda yeni strategiyalar və hədəflər müəyyən etməklə yanaşı, həm də keçmişimizə həssas münasibət, onu yenidən qiymətləndirmə fürsətləri və çoxəsrlik tarixi maddi-mədəni-mənəvi irsimizi yenidən və daha dərindən tədqiq etmək öhdəliyini qoydu.

AZƏRTAC xəbər verir ki, bu fikirlər sosiologiya üzrə fəlsəfə doktoru, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan Ziyalılar Şurasının üzvü Əfqan Vəliyev “Qərbi Azərbaycanın tarixi və abidələri” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə, həmçinin qeyd olunub:

“XIX əsrin sonu XX əsrin əvvəllərində regionda siyasi maraqları olan böyük dövlətlərin dəstəyi ilə Qarabağ xanlığı ilə Rusiya arasında imzalanan Kürəkçay (1805) müqaviləsi, Rusiya və İran dövlətləri arasında bağlanan Gülüstan (1813), Türkmənçay (1828) müqavilələri daha sonra isə Türkiyə və İran arasında bağlanan Ədirnə (1829) sülh müqavilələrindən sonra Azərbaycan torpaqlarına ermənilərin kütləvi köçürülməsi siyasəti həyata keçirilib. Bölgənin erməniləşdiriməsi siyasətini həyata keçirmək məqsədilə İrəvan, Göyçə, Zəngəzur və Zəngibasar bölgəsində yaşayan azərbaycanlıların öz tarixi yurdlarından deportasiyasına və soyqırımına start verilib. İran və Türkiyədən isə ermənilərin bu ərazilərə köçürülməsi ilə əhalinin etnik tərkibi dəyişdi. 1918-ci il mayın 28-də daşnaklar tərəfindən qədim Azərbaycan ərazisi olan keçmiş İrəvan xanlığı ərazisində yaradılıb. 1923-cü il iyulun 7-də isə vaxtilə İrandan və Osmanlı imperiyası ərazisindən Qarabağ xanlığının ərazisinə köçürülən ermənilərə süni surətdə muxtariyyət hüququ verilməklə, Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Sovet hakimiyyətinin ilk illərində Zəngəzur qəzasının bir hissəsi Ermənistana verilməklə Naxçıvan torpağı Azərbaycandan, Türkiyə isə türk dünyasından ayrı salınıb. Böyük dövlətlərin dəstəyi ilə əcdadlarımızın Oğuz yurdu Qərbi Azərbaycanı qəsb edən gəlmə ermənilər azərbaycanlılara məxsus ərazilərdə məskunlaşdıqdan sonra onlara məxsus maddi-mədəniyyət nümunələrini məhv etməklə, izlərini silməyə cəhd edib, bu, mümkün olmadıqda isə həmin maddi-mədəniyyət nümunələrinin “qədim ermənilərə” aid olmaları barədə saxta tarix yaratmağa çalışıblar.

Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar orada yaşadığı dövrdə ərazinin qədim və əzəli sakini kimi tarixin bütün dövrlərini əhatə edən, onun orada fiziki varlığını göstərən zəngin milli maddi-mədəni və miras irs yaradıb. Azərbaycanlıların yaratdığı zəngin mədəniyyət əsrlərdən bəri qorunub saxlanmış müxtəlif mənşəli abidələrdə yaşayıb, xalqın, millətin milli mənəviyyatını özündə əks etdirir. Yüzilliklər ötdükcə, zaman keçdikcə xalqın yaratdığı və nəsillərə qoyduğu maddi-mədəni miras daha da əzəmətli, möhtəşəm görünür. Maddi-mədəni miras xalqın keçmiş qüdrətinin, əzəmətinin tarixi yaddaşı kimi bu mədəniyyətin varislərinin varlığını qürur hissi ilə doldurur. Maddi-mədəniyyət, memarlıq abidələri, toponimlər bir millətin müəyyən coğrafi məkanda formalaşmasını təsdiqləyən ən tutarlı və mühüm tarixi dəyəri olan sənədlərdir. Ona görə də zaman keçdikcə bu mədəni miras zəngin xəzinəyə çevrilir.

Qərbi Azərbaycanın qədim tarixinin arxeoloji baxımdan öyrənilməsi XIX əsrin 70-ci illərinə qədər sistemsiz şəkildə aparılıb. 70-ci illərdən etibarən Qafqazın, o cümlədən Qərbi Azərbaycanın arxeoloji cəhətdən öyrənilməsində yeni mühüm addım atıldı. 1871-ci ilin oktyabrında Tiflis şəhərində Qafqaz Arxeoloji Komitəsi təsis edildi. 1872-ci ildə qurum Qafqaz Arxeologiya Həvəskarları Cəmiyyəti adlandırıldı.

XIX əsrin 90-cı illərindən başlayaraq Qərbi Azərbaycanın maddi-mədəni irsinə və mədəniyyət tarixinə arxeoloqların marağı daha da artdı. 1896-1899-cu illərdə Moskva Arxeoloji Cəmiyyətinin tapşırığı ilə cəmiyyətin üzvü A.A.İvanovski Göyçə gölü kənarındakı ərazilərdə arxeoloji qazıntı işləri aparıb, Oğuz qəbirləri aşkar etdilər, oradan üzə çıxarılan çox qiymətli maddi mədəniyyət abidələri Moskva Dövlət Tarix Muzeyinə göndərildi. Həmin nümunələri ilk dəfə elmi cəhətdən tədqiq edən A.A.İvanovski əldə etdiyi nəticələri “Qafqaz arxeologiyasının materialları” toplusunda çap etdirdiyi “Zaqafqaziya haqqında” hesabatında ümumiləşdirdi. Lakin hesabatda tədqiq edilən abidələrin, aşkara çıxarılan qəbirlərin xəritələri haqqında məlumat verilməyib və xəritə məxfi saxlanılıb. Daha sonrakı dövrlərdə xəritəni əldə edən erməni arxeoloqlar o xəritə əsasında Göyçə gölü ətrafı ərazilərində və orada yerləşən qalalarda qazıntı işləri aparıb, oradan çıxardılan əşyaları İrəvan dövlət muzeyi və Moskva dövlət muzeyinə göndəriblər.

1987-1991-ci illərdəki sonuncu kütləvi deportasiyadan sonra azərbaycanlılara aid yaşayış məskənləri ilə birlikdə tarixi Azərbaycan torpaqlarındakı müqəddəs sakral inanc məkanı Hacı Baba piri, Bəzirgan piri, Qaradaş ziyarətgahı, Qarabulaq ziyarətgahı, Qızıldağ ocağı, Məhbub ocağı, Ocaqlı piri, Seyid Məmiş piri, Süd daşı piri, Toparlı piri, Üç qardaş piri, Sərdar məscidi, Təpəbaşı məscidi, Ağadədə məscidi, Loru qala məscidi, Gümrü məscidi, Xoca Bazar kənd məscidi, Qaraçanta məscidi, Püsək kənd məscidi, Şirvanlı məscidi, Şeyx İsmayıl Siracəddin Şirvani məscidi, Masdərə kənd qəbirüstü abidələri, Çıkıvəng məbədi, Ataxan qalası, Aşağı Zağalı qalası, Buğdayitəpə qalası, Əliqırx qalası, Ərqüş qalası, Kоrоğlu qalası, Qalaça dağında qala, Qızıldağ qalası, Qız qalası, Səngər qalası, Çırpılı karvansarası, Qurduqulu karvansarası, Nüvədi kənd karvansarası, Mığrı karvansarası, Uşi kəndində karvansara, Mir Həmzə Nigari türbəsi, Göy Məmməd günbəzi, Qoşabulaq kəndində qəbirüstü arxeoloji-etnoqrafik abidələr, Qızıl Qoç kəndində qəbirüstü heykəl, Aşağı Zağalı kəndində kurqan qəbirlər, Salah kəndində daş körpü, Babacan kəndində daşüstü kitabələr, Basarkeçər rayonunda Müsəlman din məktəbi, Dilican şəhərində Tatar (azərbaycanlı) məhəlləsi, Çamırlı kəndində mədrəsə, Abdalağalı kənd qayaüstü təsvirləri, Adıyaman kəndində orta yüzilliyə aid evlər, Ağparax kəndində istehkam divarları, Bazarçay vadisində qədim mağaralar yüzlərlə alban-türk tarixi-memarlıq abidələri, saraylar, karvansaralar, imarətlər, məscidlər, məqbərələr, alban türk-oğuz qəbiristanlıqları, qəbirüstü abidələr, ziyarətgahlar erməni işğalı altına düşdü. Ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandallıq aktları nəticəsində azərbaycanlıların varlığını özündə əks etdirən tarixi-memarlıq abidələrinin çoxu yer üzündən silinib, qalanları isə erməni yazı və elementləri əlavə edilərək erməniləşdirilib.

XX yüzilliyin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alınsa da, 1915-ci ildə İrəvan və Zəngəzur quberniyasının ərazisində məscidlərin sayı artaraq 391 olub. Bunlardan 382-si şiə, 9-u isə sünni məscidi kimi fəaliyyət göstərib. 1918-ci ildən başlayaraq bu məscidlərin hamısı ermənilər tərəfindən dağıdılaraq məhv edilib .

1918–1991-ci illərdən başlayaraq Qərbi Azərbaycanda azərbaycanlıların tərk etmək məcburiyyətində qaldıqları ərazilərdə 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi ermənilər tərəfindən zəbt edilib. 223 qəbiristanlıq, 600 alban məbədi, 400 məscid, 150 pir/ocaq/ziyarətgah, 1500 qəbirüstü abidə və minlərlə tarixi-memarlıq abidəsi tədricən vandalizmə məruz qalıb. Ümumilikdə, 5 mindən çox tarixi, dini və maddi-mədəniyyət abidəsi ermənilər tərəfindən şüurlu, planlı şəkildə məhv edilib, mənimsənilib. Hazırda Ermənistan ərazisində – İrəvanda yalnız Göy məscid, bölgələrdə isə bir neçə məscid qismən salamat qalıb ki, onlar da konstruktiv dəyişikliklərdən sonra fars (İran) məscidi kimi təqdim edilir. Həyata keçirilən həmin dağıdıcı fəaliyyətin kökündə irqçilik və nifrət dayanır”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vinisius müasir dövrün ulduz futbolçuları arasında ən çox qırmızı vərəqə alan oyunçudur

Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq

Azərbaycan əhalisinin sayı açıqlanıb

Binəqədidə yeni işıqforlar quraşdırılıb

2027-ci ildə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 0,3-1,2 faiz bəndi intervalında dəyişməsi gözlənilir

Keçən ay Arktikada dəniz buzu səviyyəsində ilin ən aşağı göstəricisi qeydə alınıb

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır

Azərbaycan millisinin futzalçısı: İnanıram ki, dünya çempionatına vəsiqə qazanacağıq

AZSTAND: Azərbaycanda 2026-2028-ci illər ərzində 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulur

Neft qiymətləri üzrə risk ssenariləri baza ssenaridən müsbət və mənfi istiqamətdə 5-20 dollar arasında kənarlaşmalar əsasında formalaşdırılıb

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2  VİDEO

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2 VİDEO

Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb

Fransalı rejissorlardan həyəcan təbili: Yeni büdcə layihəsi 400 filmin istehsalını təhlükəyə atır

Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb

Reabilitasiya tədbirləri ilə daha 120-dən çox qazi əvvəlki sağlamlığına qovuşub

Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib

Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi 7 faizdən çox artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 16 oktyabr

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ

Neft məhsullarının istehsal dəyəri 4,6 milyard manatı ötüb

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Hadrutda energetiklər üçün təşkil olunan müsabiqənin final turu başlayıb

Mingəçevir Dövlət Universiteti beynəlxalq qiymətləndirmədə 5 ulduza layiq görülüb

2027-2030-cu illərdə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa xərclərinin 13,2 milyard manat olacağı gözlənilir

Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir

Parlament təsdiqlədi: Qubanın iki bələdiyyəsinin adları dəyişdirilir

Bu il Azərbaycanın nəql etdiyi qazın 57 faizə yaxını Bakı-Tbilisi-Ərzurumun payına düşüb

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Xüsusi xidmət orqanları əməkdaşlarının pul və maddi təminatı ilə bağlı normalar təkmilləşdirilir – qanun layihəsi təsdiqlənib

“CBS News”: ABŞ generalı İran müharibəsindən əvvəl Amerikada raket çatışmazlığı barədə xəbərdarlıq etmişdi

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Milli Məclis dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı ilə bağlı qanun layihəsini qəbul edib

UNEC beynəlxalq reytinqdə uğur qazanıb

Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb

Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib

Sahibə Qafarova: Dövlətimizin başçısı İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçildiyi gün ölkəmizin tarixində xüsusi yer tutur

Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb

Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb

Mərkəzi Bank: Əbu-Dabi Kommersiya Bankı və “UBS Asset Management”lə maliyyə sektorunun inkişaf meyilləri müzakirə edilib

FAO-nun nümayəndəsi: İnnovasiyalar fermerlərin problemlərinin həllinə kömək edə bilər

AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub

AQEM platformasında Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyi - ŞƏRH

Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

Antonio Quterreş: Biomüxtəliflik Yer kürəsində həyatın təməlidir

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

Qoşqar Təhməzli: 2027–2032-ci illər üçün Dövlət Proqramı fəaliyyətimizin yeni mərhələsini müəyyən edir

İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür

Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb

Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib

Konqratbəy Şaripov: Xankəndidə keçirilən Rektorlar Forumu birgə elmi tədqiqatlar üçün imkanlar yaradır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycan arasında birlik tarixi proseslərin nəticəsidir

AQTA sədri: Ölkəmizdə aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulur VİDEO

AQTA sədri: Ölkəmizdə aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulur VİDEO

“Sarı jiletlilər” yenidən səhnədə: Fransada kütləvi etiraz aksiyaları planlaşdırılır

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır VİDEO

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır VİDEO

Bakı Zirvəsi Azərbaycanın beynəlxalq dialoq və etimad məkanı kimi rolunu gücləndirir - ŞƏRH

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır VİDEO

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır VİDEO

Husilərin hökumət evinə hücumu nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb

Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb

Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir

Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu işə başlayıb

Deputat: Ərzaq təhlükəsizliyi regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır VİDEO

Deputat: Ərzaq təhlükəsizliyi regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır VİDEO

BMT: Rəqəmsal texnologiyalar və demoqrafik dəyişikliklər sosial-iqtisadi bərabərsizlikləri dərinləşdirə bilər

Azərbaycan ilə Albaniya arasında turizm əlaqələri genişləndirilir

Azərbaycan və Özbəkistan gənclərini birləşdirən təhsil və mədəniyyət körpüləri - ŞƏRH

® “PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ - “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirilib

® “Birbank”da pul köçürmələrini “SİMA İmza” ilə təsdiqləmək mümkündür

Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır

Rəşad Məcid: VIII qurultaydan bəri Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub VİDEO

Rəşad Məcid: VIII qurultaydan bəri Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub VİDEO

SEPAH: Hörmüz boğazı Tehranın icazəsi olmadan açılmayacaq

2027-ci il üçün icmal büdcəsinin gəlirlərinin 5,9 faiz çox olacağı proqnozlaşdırılır

Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır

Azərbaycan nefti 119 dollara satılır

Akademik Gövhər Baxşəliyeva: Məktəblərdə vahid geyim qaydalarına riayət hamımızın borcudur

Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub

Dünya Bankı Azərbaycana 100 milyon dollar özəl kapital cəlb edib

Azərbaycan Premyer Liqasında VIII tur start götürür

Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub

Qızıl və gümüş bahalaşıb

Birjalarda neft ucuzlaşıb

Ağdaş, Bərdə və Yevlaxın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İcmal büdcə kəsirinin 2030-cu ildə 442,2 milyon manat səviyyəsində olacağı gözlənilir

Süni intellekt və peşə təhsili: Şəkidə tələbələrin süni intellekt bacarıqları artırılır

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur VİDEO

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur VİDEO

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib VİDEO

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib VİDEO

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb

2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

Oktyabrın 16-sı Ümumdünya Qida Günüdür

Ermənistanın keçmiş prezidentlərinin münaqişə dövründəki fəaliyyəti hüquqi baxımdan araşdırılmalıdır - ŞƏRH

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib