HƏKİM QƏNİNİN 85 İLLİYİ QEYD EDİLMİŞDİR
Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Mədəniyyət İdarəsi və Vahid poeziya evi şair Həkim Qəninin anadan olmasının 85 illiyinə həsr edilmiş yubiley mərasimi keçirmişlər.
AZƏRTAC xəbər verir ki, Hüseynqulu Sarabski adına 7 nömrəli Bakı şəhər uşaq musiqi məktəbində keçirilən mərasimdə çıxış edən alimlər, şairlər, veteranlar Füzulişünas şair Həkim Qənini təbrik etmiş, onun həyat və yaradıcılığından danışmışlar. Bakı Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanı yubilyara təqdim olunmuşdur. Aktyorlar, tələbələr şairin şeirlərini, qəzəllərini söyləmiş, müğənnilər musiqi nömrələri ifa etmişlər.
Mərasimin sonunda şair Həkim Qəni çıxış edərək, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]
Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti
- 15.06.2026 [10:57]