Azərbaycan Dövlət İnformasiya Agentliyi

Helen Klark: Azərbaycan İKT-nin və yeniliklərin tətbiqi baxımından strateji düşüncəyə malikdir

Helen Klark: Azərbaycan İKT-nin və yeniliklərin tətbiqi baxımından strateji düşüncəyə malikdir Bakı, 4 oktyabr (AZƏRTAC). Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının və yeniliklərin tətbiqi baxımından strateji düşüncəyə malikdir.

AZƏRTAC xəbər verir ki, bu fikri BMT-nin İnkişaf Proqramının rəhbəri, xanım Helen Klark deyib.

H.Klark bildirib ki, BMT-nin İnkişaf Proqramı (BMT İP) dəyişiklik üçün təşviqat aparır və ölkələri bilik, təcrübə və resurslar naminə birləşdirir. 170-dən çox ölkədə fəaliyyət göstərən təşkilat iqtisadiyyatın şaxələndirilməsi, idarəçiliyin təkmilləşdirilməsi və ətraf mühitin yaxşılaşdırılması istiqamətində səylərin dəstəklənməsində Azərbaycan Hökuməti ilə də sıx əməkdaşlıq edir. BMT İP-nin 1992-ci ildən fəaliyyət göstərən Azərbaycan Nümayəndəliyi səmərəli idarəçilik və dayanıqlı inkişafın təşviqi, eləcə də gender bərabərliyi, münaqişədən sonrakı yenidənbərpa və fəlakətlərin azaldılması riskləri sahələrində təqdirəlayiq işlər görüb. Təşkilatın ölkəmizdə əsas tərəfdaşlarından biri də Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir (RYTN).

Biz Azərbaycanın təşəbbüslərini bütövlüklə dəstəkləyirik
Xanım H.Klark Azərbaycanda İKT-nin bugünkü inkişaf səviyyəsi, BMT İP ilə RYTN-nin tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələr və gələcəkdə nəzərdə tutulan əməkdaşlıq məsələlərinin konkret istiqamətləri ilə bağlı fikirlərini paylaşaraq deyib: “Azərbaycan strateji məsələlər üzrə yeni genişzolaqlı internetin inkişafı və rabitənin daha geniş əhatəsi ilə əlaqədar çox qabaqcıl mövqedədir. Azərbaycan hər zaman Şərqlə Qərb və Şimalla Cənub arasında bir rabitə rolu oynayıb. Bu ənənəvi rolun tədricən virtual məkana keçirilməsi və bu region üzrə müxtəlif layihələrin reallaşdırılması sözsüz ki, təqdirəlayiq hal və təşəbbüslərdir. Biz Azərbaycanın bu təşəbbüslərini bütövlüklə dəstəkləyirik”.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi BMT İP üçün Azərbaycanda çox mühüm tərəfdaşdır
BMT rəsmisi bildirib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi BMT İP üçün Azərbaycanda çox mühüm tərəfdaşdır. Bu əməkdaşlıq yalnız görüşlərlə məhdudlaşmır, gələcəkdə genişmiqyaslı beynəlxalq tərəfdaşlığa çevriləcək layihələrin də əsasını qoyur.

Azərbaycan İKT-nin istiqamətini öz inkişafı üçün əhəmiyyətli sahə kimi seçib. Bununla əlaqədar öz təcrübəmizi xatırlayıram. Mən Yeni Zelandiyada Baş nazir vəzifəsində çalışdığım dövrdə biz də İKT-ni müxtəlif istiqamətlər üzrə fövqəlliyə malik, inkişafa dəstək verəcək bir sahə kimi təyin etmişdik. Eyni zamanda, Azərbaycan ilə əməkdaşlığın bir hissəsi “Elektron hökumət”in yaradılması, müxtəlif sahələr üzrə elektron çıxışın əldə olunması olub. İKT strategiyasının da əsas istiqamətlərindən biri məhz “Elektron hökumət”dir.

Azərbaycan genişzolaqlı xidmətlərin ölkə üzrə yayılmasını prioritet kimi gündəmdə saxlayır
Ötən il BMT Baş Assambleyasının Azərbaycan ilə sənəd imzaladığını xatırladan Helen Klark deyib ki, bu, İKT-nin ölkənin ən ucqar bölgələrinə ötürülməsinə həsr olunmuş layihədir. Eyni zamanda, burada kommunikasiya sahəsinin iştirakçıları olan mobil və digər şirkətlərlə bərabər informasiya təhlükəsizliyinin təkmilləşdirilməsi məsələsi də əksini tapıb. Sözügedən “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi çərçivəsində Avrasiya Rabitə Alyansının yaradılması nəzərdə tutulur. Genişzolaqlı rabitə üzrə Komissiya çərçivəsində biz bu məsələləri rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ilə ətraflı müzakirə etmişik. Yəni fiber-optik kabellər, genişzolaqlı xidmətlər olmasa, həmçinin bu sahə ölkə üzrə inkişaf etdirilməsə, yayılmasa dövlətlər ümumi inkişafdan geri qalar. Azərbaycan isə bu məsələləri prioritet kimi gündəmdə saxlayır və bu sahədə çox qabaqcıl addımlar atmaqdadır.
Azərbaycanın tarixi İpək Yolunun virtual məkana keçirilməsi təşəbbüsü yaradıcı və strateji baxımdan çox əhəmiyyətlidir
BMT İP-nin rəhbəri qeyd edib ki, Azərbaycanın tarixi İpək Yolunun tədricən virtual məkana keçirilməsi təşəbbüsü yaradıcı və strateji baxımdan çox əhəmiyyətlidir. Bu məsələlərin daha geniş mənada regionda tətbiqi, hələ də texnologiyalardan istifadə etməyən tərəfə ötürülməsi, sözsüz ki, çox əhəmiyyətli bir addımdır. Bu mənada Azərbaycanı təbrik etmək istəyirəm. Mən Dünya İqtisadi Forumu (DİF) tərəfindən hazırlanmış “Qlobal informasiya texnologiyaları hesabatı 2014”ü və Azərbaycanın tutduğu mövqeni də qeyd etmək istəyirəm.

2001-ci ildə Yeni Zelandiyanın Baş naziri olaraq, Koreya Respublikasına səfərimi xatırlayıram. Həmin dövrdə Koreya Respublikasının artıq bütün ölkənin 2010-cu ildə genişzolaqlı internetdən istifadəsi ilə bağlı hazır planları var idi. Mən öz ölkəmə dönüb təəssüratlarımı bölüşəndə dedim ki, biz yetərincə strateji düşünmürük. Hazırda görürəm ki, Azərbaycan informasiya- kommunikasiya texnologiyalarının, yeniliklərin tətbiqi baxımından strateji düşüncəyə malikdir. Tamamilə razıyam ki, tədricən bu rol artmalıdır və daha böyük, daha geniş mənada əhalinin rabitə və genişzolaqlı internet xidmətlərinə çıxışı təmin olunmalıdır. Genişzolaqlı rabitə üzrə Komissiyada biz onu da müzakirə etmişik ki, yalnız genişzolaqlı xidmətlərin yayılması deyil, onların məzmunu, səhiyyə, təhsil, ictimai xidmətlər və digər sahələrə tətbiqi də çox əhəmiyyətlidir. Düşünürəm ki, bu sahə, həmçinin biznes mühitinin yaxşılaşdırılması, özəl sahibkarlığın, ümumilikdə qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə də böyük təsir göstərə və töhfə verə bilər. Bu gün İKT sahəsində yeniliklərin tətbiqi çox gözəl nümunələrdir və bunları tədricən digər ölkələrlə bölüşmək olar. Düşünürəm ki, BMT İP ilə bərabər beynəlxalq əməkdaşlıq çərçivəsində bu sahəyə töhfə verəcəksiniz.

Azərbaycanın öz təcrübələrini digər ölkələrlə də bölüşməsi üçün müzakirələr aparırıq
BMT İP-nin Azərbaycan ilə əməkdaşlığı əsasən iki istiqamətdə qurduğunu vurğulayan xanım H.Klark bildirib: “Rabitə və Yüksək Texnologiyalar Nazirliyini nəzərdə tutsaq, birincisi, ölkə daxilində həyata keçirilən layihələrdir ki, burada keçən il imzalanan və Azərbaycanın əyalətlərinə, ucqar ərazilərinə rabitə, internet xidmətlərinin çıxışının təmin olunması ilə əlaqədar böyük bir layihəni qeyd edə bilərəm. Eyni zamanda, “Trans-Avrasiya Super İnformasiya Magistralı”nın yaradılması kimi məsələləri də qeyd etmək olar. Beynəlxalq səviyyədə əməkdaşlığa gəlincə, Azərbaycan ilə BMT İP Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin biliklərini, təcrübələrini tədricən Əfqanıstanda tətbiq etməkdədir. BMT İP-nin Kabul ofisi vasitəsilə biz həmin ölkədə İKT-nin daha geniş yayılmasını və əhatəsini təmin etməyə çalışırıq. Azərbaycanın bu sahədəki təcrübələrini digər ölkələrlə də bölüşməsi üçün müvafiq layihələrin həyata keçirilməsi haqqında müzakirələr aparırıq”.

Diqqətə çatdırılıb ki, RYTN bir çox yenilikləri ölkə daxilində tətbiq edən və digər ölkələrlə bölüşməyə hazır olan aparıcı nazirliklərdən biridir. Hesab edirik ki, sırf bu nümunə əsasında da Azərbaycan ilə BMT İP arasında gələcək əməkdaşlıq çərçivəsi qurulmalıdır. Bu əməkdaşlığın gələcəkdə daha da dərinləşməsi üçün geniş imkanlarımız mövcuddur.

BMT İnkişaf Proqramının ilk qadın rəhbəri
Helen Klark 2009-cu ilin aprelində BMT İnkişaf Proqramının rəhbəri təyin olunub və qurumun ilk qadın rəhbəridir. O, həmçinin BMT-nin inkişaf məsələləri ilə məşğul olan bütün fond, proqram və departamentlərinin rəhbərlərinin daxil olduğu Birləşmiş Millətlər Təşkilatı İnkişaf Qrupunun sədridir.

BMT İP-dəki fəaliyyətindən əvvəl Helen Klark 1999-2008-ci illərdə Yeni Zelandiyanın Baş naziri vəzifəsində çalışıb. O, Yeni Zelandiyanın ilk qadın Baş naziri olub və bu vəzifədə ən uzun müddət qalan insanlar arasında ilk beşliyə daxildir.

“Forbes” jurnalı onu dünyanın 100 ən nüfuzlu qadını siyahısına daxil edib və “Birləşmiş Millətlər Təşkilatında ən təsirli qadın” adına layiq görüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?

Kiyev “Patriot” raketləri əldə etmək üçün Avropa Komissiyasının icazəsini almalıdır

UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub

bp: Azərbaycan gələcəyin texnologiyalarının yaradılması məkanına çevrilə bilər

Siyasi şərhçi: Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları

Rəşad Məcid: Bəzi sosial şəbəkələr uşaqların mənəvi inkişafına mənfi təsir göstərir

Bakı metrosu yay qrafikinə keçib

Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb

Xaosdan şanlı Zəfərə: BDU-da Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs olunub

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirə olunub YENİLƏNİB

İstanbul Bəyannaməsi üç ölkənin strateji tərəfdaşlığının növbəti təzahürüdür

Vergiödəyicilərinə xidmət mərkəzlərində 400 minədək xidmət göstərilib

Politoloq: Cənubi Qafqazda qlobal aktorların maraq dairəsi xeyli genişlənib

Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA

Şəhid övladları üçün ənənəvi “Məzun günü” tədbiri təşkil olunub

Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib

İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib

BMU-da Milli Qurtuluş Günü qeyd olunub

Bakıda “Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans başlayıb

Xızıda quşların antisanitar şəraitdə kəsildiyi və satışa çıxarıldığı aşkarlanıb

Fələstin Dövlətinin vitse-prezidenti Hüseyn əl-Şeyxdən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

İTV: Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq

Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”

“Məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmininə dair” qanun layihəsi işğaldan azad edilmiş ərazilərin inkişafına mühüm töhfə verəcək – RƏY

Böyük Britaniyanın müdafiə naziri istefa verib

Məqsəd 16 yaşınadək uşaqların internetə çıxışını deyil, sosial platformalara girişini məhdudlaşdırmaqdır

BŞTİ məktəb direktorları və bağça müdirləri üçün təlim təşkil edib

Su infrastrukturunun inkişafı və yenidən qurulması istiqamətində mühüm işlər həyata keçirilir

Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir

Coğrafiyaşünas-alim: El Nino hava fenomeni Xəzər dənizinin səviyyəsinə təsirsiz ötüşməyəcək

Fridrix Merts: Almaniya Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsində iştiraka hazırdır

AHİK: Yollayışların verilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir

Haiti Futbol Federasiyası FIFA-nın tələbi ilə oyun formalarını dəyişdirməyə razı olub

Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib

Sadiq Qurbanov: Azərbaycan kənd təsərrüfatına yararlı torpaq fonduna görə bir çox Avropa ölkəsini üstələyir

Azərbaycan millisinin hücumçusu Madriddə əməliyyat olunub

Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru: Fermerlərə əlavə subsidiyaların verilməsi nəzərdə tutulur

Paytaxtda fəaliyyət göstərən təhsil mərkəzlərinin rəhbərləri AzTU-da olublar

Neymar Braziliya millisinin dünya çempionatındakı ilk oyununu buraxa bilər

Jerald Darmanənin təqdim etdiyi cinayət ədaləti islahatı ilə bağlı qanun layihəsi rədd edilib

İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir

Rəşad Hüseynov: Bitkiçilik sahəsində inkişaf heyvandarlığa nisbətən üstünlük təşkil edir

Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir

Rusiya Prezidentinə Novruz bayramına ümummilli status verilməsi təklif olunub

Azərbaycanın xarici siyasəti balanslı, çoxşaxəli və milli maraqlara əsaslanan praqmatik yanaşma ilə xarakterizə olunur - ŞƏRH

Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib

Tarix Muzeyində mədəniyyətlərarası səyahət: uşaqlar Meksika və Azərbaycanı necə tanıdılar?

“Reuters”: ABŞ ilə İran arasında dondurulmuş vəsaitlər üstündə mübahisə gedir

Komitə sədri: 2026-2030-cu illər üzrə Dövlət Proqramı aqrar sahənin inkişafı üçün aydın yol xəritəsidir

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiahdan

Nazir: Keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq

Azərbaycan və İran arasında yükdaşımaların artırılması sahəsində əməkdaşlığa dair protokol imzalanıb

Balıqçılıq və akvakultura sahəsində qüvvədə olan qanunvericiliyin yenilənməsi planlaşdırılır

Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?

Fransada magistral avtomobil yollarına nəzarət üçün dronlar sınaqdan keçirilir