Həmyerlimiz Rusiya Prezidentinin xatirə medalına və fəxri fərmanına layiq görülüb
Moskva, 7 noyabr, AZƏRTAC
Həmyerlimiz, Tıva Respublikası paytaxtı Kızıl şəhərinin qanunvericilik məclisinin deputatı, Tıva Karate Federasiyasının rəhbəri Çingiz Əliyev Rusiya Prezidenti adından xatirə medalına və fəxri fərmana layiq görülüb.
AZƏRTAC xəbər verir ki, Ümumrusiya Xalq Cəbhəsinin Tıva Respublikasındakı regional şöbəsində “#МыВместе” qarşılıqlı yardım aksiyasının iştirakçılarına Rusiya Prezidentinin “#МыВместе” ümumrusiya qarşılıqlı yardım aksiyasının təşkilinə verdikləri təmənnasız töhfəyə görə” xatirə medalları və fəxri fərmanlar təntənəli surətdə təqdim olunub.
Təltif olunanlar arasında həmyerlimiz, Tıvanın paytaxtı Kızılın qanunvericilik məclisinin deputatı Çingiz Əliyev də olub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva