HƏRBÇİLƏRİMİZ İNGİLİS DİLİ KURSLARINDA İŞTİRAK EDƏCƏKLƏR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanla Bolqarıstan və Litva arasında imzalanmış əməkdaşlıq planlarına uyğun olaraq, avqustun18-dən dekabrın 12-dək Sofiyada, avqustun 18-dən dekabrın 14-dək isə Vilnüs şəhərində ingilis dili kursları keçiriləcəkdir.
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri kurslarda iştirak edəcəklər.