Azərbaycan Dövlət İnformasiya Agentliyi

HƏRBİ LİTSEYİN MƏZUNU, MİLLİ QƏHRƏMAN, KORPUS KOMANDİRİ, GENERAL-LEYTENANT RÖVŞƏN ƏKBƏROVUN ÇIXIŞI

-Zati-aliləri cənab Ali Baş Komandan! 

Xanımlar və cənablar!

Mənim üçün müstəqil respublikamızın Milli Ordusunun yaranma tarixi 1971-ci ildən başlanır. Məhz həmin ildə təməli qoyulmuş Cəmşid Naxçıvanski adına hərbi litsey müstəqilliyimizin gerçəkləşməsi yolunda atılmış uğurlu bir addım hesab oluna bilər.

Bu hərbi məktəb həmişə cənab Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Respublikamıza gələn ən mötəbər qonaqlar buranı ziyarət edirdilər. O, cənab Heydər Əliyevin sayəsində keçmiş SSRİ-də nümunəvi bir məktəbə çevrilmişdir.

1981-ci ildə məktəbimizin yaradılmasının 10 illik yubileyi təntənələrində iştirak etmək üçün SSRİ-nin bir çox ali hərbi məktəblərinin rəhbərləri Bakıya gəlmişdilər. Onlar Naxçıvanski adına məktəbdə təlim-tərbiyə prosesi, maddi-texniki baza, onun proqramları ilə tanış olduqdan sonra öz heyranlıqlarını gizlətmirdilər. Cənab Heydər Əliyevin yubiley nitqindən sonra Simferopol Ali Hərbi Məktəbinin rəisi çıxışında qeyd etdi ki, Naxçıvanski adına məktəbin məzunlarının hazırlıq səviyyəsi o qədər yüksəkdir ki, onları ali hərbi məktəblərə imtahansız qəbul etmək olar. Digər hərbi məktəblərin rəhbərləri də onun bu fikrini dəstəklədilər. Elə həmin il mən - Cəmşid Naxçıvanski adına məktəbin məzunu Kiyevdə Ali Hərbi Ümumqoşun Komandanlıq Məktəbinə daxil olarkən orada bizə bu gözəl münasibətin canlı şahidi oldum.

Yeri gəlmişkən, həyatımın Kiyev dövrü ilə bağlı bir məqamını da yada salmaq istəyirəm. Cənab Ali Baş Komandan, bu, Siz Moskvaya getdikdən sonra da Naxçıvanski adına məktəbin məzunlarına göstərdiyiniz qayğı və köməyi nümayiş etdirmək üçün çox səciyyəvidir. 1984-cü ildə Kiyev Hərbi Dairəsi Hərbi Şurasının üzvü və təhsil aldığım ali hərbi məktəbin rəisi məni yanına çağıraraq dedi ki, Naxçıvanski adına məktəbin bizim ali məktəbə daxil olmaq istəyən bir məzunu tibbi komissiyadan keçməmiş və buna görə də hansısa başqa bir mülki ali məktəbə daxil olmuşdur. Sən həmin azərbaycanlını təcili tapıb buraya gətirməlisən və biz onu kursantlar sırasına daxil etməliyik. Məlum oldu ki, onun atası cənab Heydər Əliyevə məktub göndərərək, tibbi komissiyanın onun oğluna qeyri-obyektiv münasibət bəslədiyini bildirib və sual edib ki, cəmi bir neçə ay bundan əvvəl Naxçıvanski adına məktəbi sağlam vəziyyətdə bitirən oğlunun səhhəti ilə bağlı hansı problemi ola bilər? Məktəbin rəisi xüsusi olaraq vurğuladı ki, bu məsələni bir gün ərzində həll edib, SSRİ müdafiə nazirinə məruzə etməliyik, çünki məsələ Heydər Əliyevin şəxsi nəzarətindədir.

Həmin gənci biz tapdıq və tədris ilinin başlanmasından iki ay keçməsinə baxmayaraq, o, elə həmin gün ali hərbi məktəbə qəbul olundu.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Naxçıvanski adına məktəbin məzunlarına Sizin diqqət və qayğınızın həmişə şahidi olmuşam. Biz həmin məktəbin məzunları olduğumuza görə fəxr etdiyimiz kimi, Siz də məktəbin yetirmələrini gördükcə sevinirdiniz. Yadımdadır, 1992-ci ildə erməni işğalçıların Naxçıvana hücumları başlayanda, biz bir taburla Sədərəkə göndərilmişdik. Siz Sədərəkə - cəbhə bölgəsinə gələrək, bizimlə görüşdünüz. Taburumuzun zabitlərinin əksəriyyətinin Naxçıvanski adına məktəbin yetirmələri olduğunu öyrəndikdə necə sevindiyiniz indi də xatirimdədir. Bir il sonra - 1993-cü il dekabrın 17-də biz Sizinlə gərgin döyüş şəraitində, Füzulidə ön səngərdə görüşdük. Orada da Naxçıvanski adına məktəbin məzunlarını görərkən sevincinizin həddi-hüdudu yox idi. Bizimlə səmimi söhbət etdiniz, dəyərli tövsiyələr verdiniz, döyüşçülərə hədiyyə olaraq saat bağışladınız. Sizinlə görüş bizdə elə bir ruh yüksəkliyi yaratdı ki, elə həmin günlərdə üzərində “Vətən uğrunda!”, “Heydər Əliyev uğrunda!” sözləri yazılmış tanklarla hücuma keçərək, işğal olunmuş 45 kilometrlik ərazini azad etdik və həmin ərazi bu gün də qorunub saxlanılır. Bu 45 kilometrlik ərazinin hər qarışının azad olunmasında Sizin öyüd-nəsihətinizin xüsusi payı vardır.

Aprelin 19-da hərbi litseydə keçirilən yubiley tədbirində mən də iştirak edirdim. İstər-istəməz kursantlıq dövrümü xatırlayıb görürdüm ki, hərbi litsey nə dərəcədə müasirləşib, gözəlləşib və kursantların hazırlıq səviyyəsi necə artıbdır. Həmin anlarda Sizin necə fərəh hissi keçirdiyinizi görürdük. Fəxr edirdik ki, 30 illik yubileyi də məhz cənab Heydər Əliyevin rəhbərliyi altında keçiririk.

Hazırda müasir standartlara cavab verə bilən yeni təhsil sisteminə keçmiş hərbi litseyimiz vardır. Son illərdə burada aparılan tikinti-quruculuq, əsaslı təmir işləri, yeni müasir avadanlığın, tədris ləvazimatının alınması, təlim-tərbiyə, bədən tərbiyəsi və idmanın inkişafı üçün möhkəm maddi-texniki bazanın yaradılması yalnız hörmətli Prezidentimizin bu məktəbə göstərdiyi qayğı sayəsində mümkün olmuşdur.

Mən çıxışımı möhtərəm Prezidentimizin bir kəlamı ilə bitirmək istəyirəm: “Biz bu işi başlayanda, o, bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə baxış idi. Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanda milli zabit kadrlarının hazırlanması üçün ilk addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığını əldə edəcək. Dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaqdır. Artıq zaman gəlmişdir, Azərbaycan xalqı öz milli azadlığını əldə edib, dövlət müstəqilliyimiz əldə olunubdur. Müstəqil Azərbaycan dövləti yaranmışdır”. Cənab Ali Baş Komandan, bütün bunlara görə Sizə minnətdarıq.

Diqqətinizə görə çox sağ olun.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsi yad edilib

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO