HƏRBİ MƏHKƏMƏDƏ YENİ KİTABLARIN TƏQDİMATI OLMUŞDUR
Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəmənin sədri İkram Kərimov ümummilli liderimiz Heydər Əliyevin başladığı ordu quruculuğu prosesinin bu gün onun layiqli davamçısı Azərbaycan Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini, müdrik öndərimizin hələ sovetlər dövründə uzaqgörənliklə yaratdığı hərbi təhsil müəssisələrinin, sonra isə hərbi məhkəmələrin Milli Ordumuzun möhkəmlənməsi sahəsində mühüm işlər gördüyünü vurğulayaraq, beynəlxalq təşkilatların da müstəqillik illərində Azərbaycanda hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində əldə olunmuş uğurları yüksək qiymətləndirdiyini bildirdi.
ATƏT-in Bakı ofisinin maliyyə yadımı ilə nəşr olunmuş yeni kitabların əhəmiyyətindən danışan İ. Kərimov, hər iki nəşrin hüquqşünaslar, əsgər və zabitlər, hərbi hüquq mütəxəssisləri üçün layiqli töhfə olduğunu, stolüstü kitaba çevriləcəyini bildirdi, səmərəli tədqiqatlarına, əhatəli araşdırmalarına və dəyərli əməyinə görə müəllifə razılığını yetirdi.
Tədbirdə çıxış edən alimlər, hakimlər, hüquqşünaslar da kitabların əhəmiyyətindən danışdılar, bu sahədə mövcud boşluğun aradan qaldırılmasına sanballı kömək olduğunu diqqətə çatdırdılar.
Müəllif dəyərli sözlərə, nəşrlərin işıq üzü görməsinə kömək edənlərə minnətdarlığını bildirdi və tədbir iştirakçılarına kitabların ilk nüsxələrini payladı.