Heydər Əliyev aeroportu “Formula-1” yarışına gələn qonaqları qəbul etməyə hazırdır
Bakı, 2 iyun, Laçın Sultanova, AZƏRTAC
Heydər Əliyev aeroportu “Formula-1” Avropa Qran-prisi yarışlarına gələn qonaqları qəbul etməyə hazırdır.
AZƏRTAC-ın məlumatına görə bunu Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının rəisi Arif Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan sərəncama əsasən yarışları izləmək üçün Bakıya gələn turistlərin viza məsələlərində heç bir problem yoxdur. “Hava limanı qonaqları qəbul etməyə hazırdır. Bir çoxları özəl təyyarələrlə gələcək. Artıq müntəzəm reyslərlə də hər kəs öz seçimini edib. Onlar Azərbaycan Hava Yolları, Türk Hava Yolları, Lufthansa aviaşirkətlərinin reyslərinə biletlərini artıq alıb”, - deyə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının rəisi bildirib.
“Formula-1” Avropa Qran-prisi iyunun 17-19-da Bakıda keçiriləcək.