“Heydər Əliyev dövründə dəmir yolunun inkişaf tarixi” adlı sənədli film hazırlanıb
Bakı, 8 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi tərəfindən “Heydər Əliyev dövründə dəmir yolunun inkişaf tarixi” adlı sənədli film hazırlanıb.
QSC-dən AZƏRTAC-a bildirilib ki, filmdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə nəqliyyat dəhlizlərinin fəaliyyətinin bərpa olunmasının “Əsrin Müqaviləsi” ilə başlanması, 1998-ci il sentyabr ayında Böyük İpək Yolunun dirçəldilməsinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi, Şərqlə Qərb arasında strateji körpü rolunu oynayan Azərbaycanın əlverişli tranzit əhəmiyyətli dövlət kimi bölgədəki lider statusunu təmin etməsi öz əksini tapıb.
Eyni zamanda, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illərdə Azərbaycan Dəmir Yolunda həyata keçirilən islahatlar, 14300 texniki yeniləşmə metodunun tətbiq edilməsi və bunun dəmir yolunun bütün sahələrini əhatə etməsi, Heydər Əliyevin alternativi olmayan siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsi tarixi görüntülərlə əks olunub.
Filmin rejissoru Nadir Əzməmmədov, ssenari müəllifi Vasif Süleymandır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [11:13]
Mərkəzi Bank: Cari əməliyyatlar balansının profisiti 2 dəfə artıb
- 15.09.2026 [10:44]
® “Bakcell”dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
- 15.09.2026 [09:59]
Birjalarda neftin bahalaşması davam edir VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
BDU-da yeni tədris ili başlayıb
- [08:40]
Naxçıvan Dövlət Kukla Teatrının 37-ci ildönümü qeyd olunub
- 14.09.2026 [23:41]
“Gənclərin səsi – gənclərə dəstək”: layihə uğurla davam edir
- 14.09.2026 [23:30]
Zaqatalada kənd təsərrüfatının inkişafına yeni layihələrlə töhfə verilir
- 14.09.2026 [23:12]
Ciddədə VI Həcc konfransı və sərgisi keçiriləcək
- 14.09.2026 [22:41]
Agentlik: Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
- 14.09.2026 [22:25]