HEYDƏR ƏLİYEV FONDU VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLAN UŞAQLAR ÜÇÜN NOVRUZ ŞƏNLİYİ TƏŞKİL ETMİŞDİR
Musiqili-əyləncəli bayram şənliyində 300-dən çox uşaq iştirak edirdi.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın adından uşaqları təbrik etdi.
Azərbaycanın tanınmış incəsənət ustalarının, bədii özfəaliyyət kollektivlərinin çıxışları uşaqlarda xoş əhval-ruhiyyə yaratdı.
Bayram şənliyi balaca aktyorların ustalıqla yaratdıqları Keçəl, Kosa, Bahar qız və xalq nağıllarının digər qəhrəmanları, məzhəkəçilərin maraqlı çıxışları, uşaqların da qoşulduğu şən rəqslərlə yadda qaldı.
Mehriban xanımın qızları Leyla və Arzunun bu şənlikdə iştirakı, uşaqlara qoşulub ürəkdən şənlənmələri balacalara böyük sevinc bəxş etdi.
Uşaqlar onların şərəfinə açılmış bol bayram süfrəsindən, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın onlara göstərdiyi daimi diqqət və qayğıdan razı qaldılar, şeir, mahnı, viktorina müsabiqəsində qazandıqları hədiyyələrlə, ən başlıcası isə, şənlikdən aldıqları unudulmaz təəssüratla ayrıldılar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [11:55]
Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb
- 09.10.2026 [23:00]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [22:17]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [19:21]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [17:55]
Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]
Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
- 09.10.2026 [19:57]