Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyevin ədəbiyyat təlimi və müasir dövr

Bakı, 11 dekabr, AZƏRTAC

Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində, ictimai-siyasi fəaliyyətində elmə, mədəniyyətə, ədəbiyyat və sənətə önəm verib, yaradıcılıq sahələrinə həssas yanaşıb, onun qorunub saxlanması və inkişafı qayğısına qalıb.

Bu fikirlər AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun “Heydər Əliyevin ədəbiyyat təlimi və müasir dövr” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Ulu Öndər Heydər Əliyevin ədəbiyyata bağlılığının, bütövlükdə ədəbiyyat təliminin zəminində yalnız ölkə başçısı, rəhbər olmaq missiyası dayanmır, həm də fitrətən böyük ədəbiyyat və sənət sevgisi durur. Bu, sadəcə ədəbiyyata maraqdan doğan üstün keyfiyyət deyil, ümumən xalqına, vətəninə, onun mənəvi-mədəni sərvətlərinə köklü bağlılıqdan doğan, yalnız dahilərə xas milli və bəşəri sevgidir. Heydər Əliyev deyirdi: “Biz Nizaminin, Xaqaninin, Nəsiminin, Füzulinin adlarını böyük iftixar hissi ilə çəkirik və onların əsərlərini oxuyaraq xalqımızın nə qədər dahi, müdrik və istedadlı xalq olduğunu bir daha dərk edirik. Eyni zamanda, dünya, bəşər qarşısında bunlarla fəxr edirik, öyünürük. Öyünməyə də haqqımız var. Çünki bu böyük insanlar nəinki bizim xalqımızı, bütün bəşəriyyəti, bəşər tarixini zənginləşdirən əsərlər yazmışlar. Onlardan sonra gələn nəsillər də bu ənənəni, xüsusiyyəti davam etdirmişlər. Ona görə də tariximizin hansı əsrinə, hansı səhifəsinə baxsan, orada şairlərin, yazıçıların, mədəniyyət xadimlərinin izlərini, əsərlərini görəcəksən....”

Heydər Əliyev bir tərəfdən xalqının bir parçası olaraq, əsl övlad sevgisi ilə əsrlər boyu dahilərin yaratdığı irsə, mənəvi sərvətə qədir-qiymət verir, digər tərəfdən özü də Nizamidən, Xaqanidən, Nəsimidən, Füzulidən və onlarla digər sələflərindən əxz etdiyi, öyrəndiyi dərsləri XX əsrdə davam etdirir, dahilərin yolunu gedir.

Ulu Öndər Heydər Əliyevin ədəbiyyat təlimi bütövlükdə əsasını hələ hakimiyyətinin birinci dövründə qoyduğu və gerçəkləşdirdiyi çağdaş azərbaycançılıq konsepsiyasına söykənir. Bu təlim Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə fərqli statuslarda dövriyyəyə gəlsə də, mahiyyət etibarilə eynidir, eyni amala, milli tərəqqiyə xidmət edir. Birinci mərhələdə Heydər Əliyev daha çox siyasi xadim olaraq quruculuq lideri, ədəbiyyatın, mədəniyyət və incəsənətin hamisi olaraq çıxış edir. Həmin dövrdə Ümummilli Liderin ədəbiyyatdan istəyi budur ki, ədəbiyyat dağıdıcılığa yox, quruculuğa xidmət eləsin. Bu, hər şeydən öncə, onun ideoloji missiyasıdır. Xalqın milli varlığının, tarixi yaddaşının, mənəvi dəyərlərinin, dilinin, tarixinin, mədəniyyətinin, adət-ənənələrinin yaşadılması, müasir dövrə, insanlara, cəmiyyətə ötürülməsi, çağdaş şüurun, müasir dünyagörüşü və zövqün formalaşdırılması yolunda vəzifə borcudur. Heydər Əliyev Azərbaycan xalqını dünya millətləri ailəsində, qabaqcıl mövqelərdə görmək istəyirdi, elm, sənət, o cümlədən ədəbiyyatdan da bu istiqamətdə səylər, əsərlər, nəticələr gözləyirdi.

Ümummilli Liderin sovet dönəmində ədəbiyyat təliminin, ədəbiyyat vasitəsilə xalqa, millətə, cəmiyyətə təsir mexanizminin rəsmən bir sıra forma və üsulları olub, bəzilərini də Heydər Əliyev şəxsən özü yaradıb. Bu baxımdan respublikada təntənəli şəkildə keçirilən “mədəniyyət və incəsənət ongünlükləri”ni, “ədəbiyyat günləri”ni, ümumittifaq və beynəlxalq tədbirləri misal göstərmək olar. Heydər Əliyev bu tədbirlərə heç bir respublikada olmadığı qədər miqyas verib, Azərbaycan mədəniyyəti, incəsənəti və ədəbiyyatını bütövlükdə azərbaycançılığın geniş təbliğinə yönəldə bilmişdi. Ədəbiyyatı təbliğ üsullarından digəri klassik irsin tanıdılması, kütləviləşdirilməsi, klassiklərin yubileylərinin keçirilməsidir. Sovet dövründə Azərbaycan klassiklərinin Bakıdan başlanan yubiley təntənələri Kremlin Sütunlu salonuna və UNESCO iqamətgahlarına qədər addımlamışdı. Bir neçəsini - Nəsiminin 600 illik, Nizami Gəncəvinin 840, Aşıq Ələsgərin 150, Nəriman Nərimanovun 100 illik yubileylərini yada salmaq kifayətdir. Tarixi yaddaşa qayıtmağın vasitələrindən biri də - yubiley günlərində klassiklərə abidələr qoyulması, heykəllərinin ucaldılması, yaxud Ulu Öndərin məxsusi önəm verdiyi memorial komplekslər, ev-muzeylərin yaradılmasıdır.

Bütün bu kompleks tədbirlər sovet rejimində xalqı özgələşdirməkdən xilas edir, milli özünüdərk proseslərini gücləndirir, amorf “sovet xalqı” anlayışına rəğmən milli kimlik məsələlərini aktuallaşdırırdı. O illərdə Heydər Əliyevin yeritdiyi milliləşmə siyasəti olmasaydı, bugünkü milli cəmiyyətin formalaşması da, müstəqilliyimizə gedən yol da çox-çox uzaq ola bilərdi.

Onu da vurğulamaq gərəkdir ki, Ümummilli Lider dahilərin yubileylər paradına yalnız dövlət və ümumittifaq miqyasında maraqları cəlb etməklə qalmır, eyni zamanda, ədəbiyyatın qarşısında buradan irəli gələn konkret vəzifələr qoyurdu. Azərbaycan yazıçılarının 1981-ci il 12 iyun tarixli VII qurultayında Ulu Öndər demişdi: “Açıq demək lazımdır: Azərbaycan tarixinin bir çox parlaq səhifələri bədii ədəbiyyatda layiqincə əks etdirilməmişdir... Nizaminin və Füzulinin, Xaqaninin və Nəsiminin, Axundovun və Məmmədquluzadənin, Üzeyir Hacıbəyovun və Məmməd Səid Ordubadinin vətəni öz müasir yazıçılarından və şairlərindən parlaq tarixi əsərlər gözləyir...”

Bu gün artıq qəti şəkildə aydındır ki, tarix və ədəbiyyatımızın Dədə Qorqud, Babək, Əcəmi Naxçıvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Aşıq Ələsgər, Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Cəmşid Naxçıvanski, Mehdi Hüseynzadə, Həzi Aslanov və digər tarixi simaların müasir Azərbaycan cəmiyyətinə geniş və kütləvi surətdə tanıdılmasında, təbliğində, sevilməsində Heydər Əliyevin hələ respublikaya rəhbərlik etdiyi birinci dövrdə atdığı addımların, qəbul etdiyi dövləti qərarların, verdiyi rsərəncamların müstəsna rolu olub.

Bu məqamda hazırda daha dərindən dərk olunan hadisələri də qabartmaq gərəkdir: Azərbaycan xalq ədəbiyyatının klassiki Aşıq Ələsgərin 150 illiyinin 1972-ci ildə Bakıda və Moskvada qeyd olunması, şairin vətəni Göyçədə abidəsinin ucaldılması, yaxud 1982-ci il yanvarın 14-də Ulu Öndərin Şuşada böyük təntənə ilə M.P.Vaqif məqbərəsini ucaltması, sonraya saxlamadan qarlı qış günündə açılışını etməsi, yayda Vaqif Poeziya Günlərinin keçirilməsi və bunun ənənəvi poeziya bayramlarına çevrilməsi cidd-cəhdlə Qarabağı erməniləşdirməyə çalışan erməni siyasətinə qarşı düşünülmüş bir addım, Heydər Əliyevin rəhbərliyi dövründə gerçəkləşdirdiyi çoxsaylı tarixi-mədəni tədbirlər sırasından idi.

Üstündən 39 il ötəndən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın məhz 2021-ci il 14 yanvar günü Şuşaya səfəri, işğal dövründə erməni vandalizminə məruz qalmış abidənin tez bir zamanda, olduğu kimi bərpası, həmin ilin iyul-avqust günlərində məqbərənin açılışı, Vaqif Poeziya Günlərinin yenidən dirçəldilməsi və hər il keçirilməsi böyük şairin və Ulu Öndərin ruhuna ehtiramın ifadəsi olmaqla yanaşı, Heydər Əliyev məfkurəsinin əbədiyaşarlığının rəhni və sübutudur.

Sovet dönəmində ədəbiyyatı və ədəbi mühiti təmsil edən, nəzarətdə saxlayan və yönəldən başlıca qurum Yazıçılar İttifaqı sayılırdı. Özünün də vurğuladığı kimi, Heydır Əliyev Azərbaycan yazıçılarının 1969-1982-ci illərə təsadüf edən bütün qurultaylarında iştirak etmiş, həmçinin çıxışlar etmişdir.

Həmin qurultaylar ədəbi mühitdə dəyişikliklər dövrü olaraq xatırlanır. Məsələn, Azərbaycan yazıçılarının 1981-ci il 12 iyun tarixli VII qurultayı xüsusən tarixi əhəmiyyətli qurultay kimi, “sözün yaxşı, sağlam mənasında millətçilik əhval-ruhiyyəsi, “İran Azərbaycanı” ifadəsinin “Cənubi Azərbaycan” ifadəsi ilə əvəz olunmasının rəsmiləşdirilməsi” ilə yadda qalıb. Qurultaydakı çıxışında Heydər Əliyev demişdi: “Bir məsələyə də toxunmaq istəyirəm. Respublika Yazıçılar İttifaqının tərkibində Cənubi Azərbaycandan olan ədəbiyyatçılar da məhsuldar işləyirlər. Yaradıcılıq İttifaqının rəhbərliyi onlara daim diqqət yetirməli, onların əsərlərini respublikada və respublikanın hüdudlarından kənarda geniş təbliğ etməlidirlər...”

Qurultaydan dərhal sonra Yazıçılar İttifaqında Cənubi Azərbaycan üzrə katiblik yaradıldı, Balaş Azəroğlu bu sahəyə rəhbərlik etmək üçün Yazıçılar İttifaqının katibi seçildi. Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda akademik Mirzə İbrahimovun rəhbərliyi ilə şöbə açıldı, Cənubi Azərbaycan ədəbiyyatının araşdırma mərkəzinin təməli qoyuldu.

Heydər Əliyevin ədəbiyyat təlimi yalnız milli iftixar, tərənnüm, “Cənnət görmək istəyən Azərbaycana gəlsin!” soraqlı vəsf ədəbiyyatının tərəfdarı deyildi. Ümummilli Lider milli varlığın mənafeyinə xidmət edən hər bir əsərin, o cümlədən tənqidi ruhlu ədəbiyyatın arxasında durmağa hazır idi. Bu gün qəti söyləmək olar ki, Heydər Əliyev epoxasında yaranan Azərbaycan ədəbiyyatı mahiyyət etibarilə dissident ruhlu ədəbiyyat olub. Bu faktı həmin ədəbiyyatın hələ sovet dönəmində doğurduğu qeyri-adi reaksiyalar da təsdiq edir.

Ümummilli Lider Heydər Əliyevin ədəbi mühitlə əlaqələrinin ən fəal və parlaq dövrü müstəqillik illəridir. Bu dövrdə Ulu Öndərin qəlbi, fikri, düşüncəsi birbaşa xalqla, milli toplumla, ziyalılarla, cəmiyyətin düşünən kəsimi ilə birgə döyünür, ideyaları bilavasitə yaradıcı və qurucu əməllərində gerçəkləşir, intişar tapır.

Ulu Öndər uzaqgörən, müdrik siyasəti ilə müstəqillik illərində Azərbaycan ədəbiyyatının tarixi ənənələrini, Ümumşərq, Ümumtürk dəyərlərini aktuallaşdırdı, müasir dünyaya çıxardı. Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyinin 1994-1996-cı illərdə Bakıda, Türkiyədə, İraqda, Moskvada, Parisdə, “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin 1997-2000-ci illərdə Bakıda, Türkiyədə, Drezdendə, Parisdə UNESCO səviyyəsində geniş qeyd olunması bundan xəbər verirdi.

“Biz gələcəkdə də şairlərimizin, yazıçılarımızın, mütəfəkkirlərimizin yubileylərini keçirəcəyik və hər bir belə yubiley xalqımızın bayramı olacaqdır”, - deyən Ulu Öndər yanılmırdı. Həmin ənənələr bu gün də yaşayır, günün inkişaf tempinə, xalqın mənəvi tələblərinə müvafiq olaraq intişar tapır. Prezident İlham Əliyevin sərəncamları ilə klassiklərin yubileylərinin geniş qeyd olunması, 2019-cu ilin “İmadəddin Nəsimi İli”, 2021-ci ilin “Nizami Gəncəvi İli” kimi simvolizə olunması Ulu Öndərin başlatdığı, Azərbaycan dəyərlərinin dünyaya çıxması yolunda nəhəng addımları təmsil edir, göstərir.

2020-ci ilin Vətən müharibəsi Ulu Öndərin təlqin elədiyi fikirlərin tam həqiqət olduğunu təsdiqlədi. 44 günlük Vətən müharibəsinin ilk günündən son qələbə nidasınacan xalqımız, cəmiyyətimiz kimi ədəbiyyatımız da döyüşən ordumuzun yanında oldu, informativ, emosional, ruh və mövqelər savaşında cəbhədən-cəbhəyə qələbələrimizin və böyük Zəfərimizin yanında oldu. Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə vurğuladığı kimi, Vətən müharibəsində, Qarabağ torpaqlarının işğaldan azad olunmasında Qələbəni bizə qazandıran ordunun əsgərləri, məhz müstəqillik illərində doğulmuş, müstəqil cəmiyyətdə, o cümlədən müstəqillik ədəbiyyatı ilə böyümüş, dərs almış, tərbiyələnmiş gənc nəsillər oldu. Heydər Əliyevin tövsiyə və təlqin etdiyi ədəbiyyatla.

XXI əsrdə, çağdaş Azərbaycanın lideri, Prezident İlham Əliyevin müdrik siyasəti ilə Azərbaycan dövləti dünya səhnəsində gündən-günə uğurlar qazandıqca, müstəqillik ədəbiyyatının Heydər Əliyev modeli də inamla gerçəkləşməkdə, yerini almaqdadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub