Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanda yeni dövrün şanlı tarixi yazılır

Bakı, 4 may, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Vətən müharibəsində qazandığımız tarixi Zəfər Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov müasir Azərbaycanın qurucusu olan Ulu Öndərimizin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən hər zaman dərin ehtiramla yad edildiyini bildirib. Əbədiyaşar liderimizin anadan olmasının növbəti ildönümünün ərazi bütövlüyümüzün təmin olunduğu dövrdə qeyd edildiyini vurğulayan rektor Ulu Öndərimizin ruhunun şad olmasına əminliyini ifadə edib.

Heydər Əliyevin tarixi torpaqlarımızın düşmən işğalından azad olunması istiqamətində apardığı haqq mübarizəsinin onun layiqli siyasi varisi, Prezident İlham Əliyev tərəfindən qalibiyyətlə başa çatdırılmasından bəhs edən Ş.Bayramov qazanılan tarixi Zəfərin Heydər Əliyev siyasətinin təntənəsi kimi qiymətləndirildiyini diqqətə çatdırıb.

Dahi şəxsiyyətin misilsiz xidmətlərinin və zəngin irsinin öyrənilməsi, təbliği və gənc nəslə çatdırılmasının ali təhsil müəssisələri qarşısında mühüm vəzifələr qoyduğunu bildirən rektor elmi-nəzəri konfransın əhəmiyyətindən danışıb. Konfransa böyük maraq göstərilməsindən söz açan Ş.Bayramov 10 ali təhsil müəssisəsindən və AMEA-nın 4 elmi-tədqiqat institutundan Ümummilli Liderimizin zəngin və çoxşaxəli fəaliyyətinin müxtəlif aspektlərinə həsr olunmuş 100-ə yaxın məruzə və tezisin daxil olması barədə məlumat verib.

“Azərbaycan təhsilinin inkişafında Heydər Əliyev fenomeninin əvəzsiz rolu” mövzusunda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov nadir idarəçilik və liderlik keyfiyyətlərinə, fitri istedada, yüksək vətənpərvərlik hissinə malik olan Heydər Əliyevin ölkəmizin ən yeni tarixində müstəqil Azərbaycan dövlətinin siyasi, iqtisadi, hüquqi əsaslarını yaradan və inkişafını təmin edən qüdrətli şəxsiyyət olduğunu qeyd edib. Dahi rəhbərin qəbul etdiyi qərarların, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlərin və tarixi tövsiyələrin bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə töhfə verdiyini vurğulayan F.Qurbanov Azərbaycanda təhsilin dünyanın inkişaf tendensiyalarına və beynəlxalq standartlara cavab verən hazırkı səviyyəyə çatması və inkişafı istiqamətində Ümummilli Liderin müstəsna xidmətlərindən bəhs edib. Ulu Öndərin müəllim peşəsinə və gənclərin xaricdə təhsilinə böyük dəyər verdiyini bildirən F.Qurbanov bu diqqətin sayəsində yetişən yüksəkixtisaslı kadrların müasir Azərbaycanın hərtərəfli inkişafında yaxından iştirak etdiklərini qeyd edib.

“Vətən müharibəsi Heydər Əliyev siyasətinin tarixi Qələbəsidir” mövzusunda çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ümummilli Liderimizin möhtəşəm xilaskarlıq missiyasından və tarixi Qələbəyə aparan yolda misilsiz xidmətlərindən söhbət açıb. Bu gün Heydər Əliyev ideyalarından güc alaraq inkişaf edən yeni nəslin şanlı bir tarix yazdığını qeyd edən İ.İsmayılov Ulu Öndərin xalqımızı xoşbəxt gələcəyə və davamlı qələbələrə aparan nur mənbəyi kimi hər zaman böyük hörmətlə və sonsuz məhəbbətlə yad ediləcəyini bildirib. O, 2020-ci ilin 10 dekabr tarixində keçirilən Qələbə Paradındakı hər bir məqamda - prezidentlərin çıxışlarında, mərasimin təşkilati elementlərində, səsləndirilən hərbi marşlarda, Azadlıq meydanının möhtəşəm aurasında, insanların sevinc dolu çöhrələrində Heydər Əliyev dühasının parlaq cizgilərinin göründüyünü diqqətə çatdırıb.

“İlham Əliyev: Ulu Öndərin vəsiyyətini reallaşdıran sərkərdə” mövzusunda çıxış edən deputat, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Şahin Seyidzadə Ümummilli Liderin doğma Qarabağımızı azad görmək arzusundan, tarixi ədalətin bərpa olunması istiqamətində onun yorulmaz fəaliyyətindən və yüksək əzmkarlığından bəhs edib. Ulu Öndərin müasir Azərbaycanın nizami ordusunun yaradılmasındakı misilsiz xidmətlərindən bəhs edən Ş.Seyidzadə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha da güclənən dövlət, ordu və xalq birliyi sayəsində Heydər Əliyevin arzusunun və vəsiyyətinin yerinə yetirildiyini bildirib. Torpaqlarımızın işğaldan azad olunması ilə Azərbaycanda yeni dövrün başlandığını vurğulayan Ş.Seyidzadə hazırda doğma Qarabağımızın dirçəlişi sahəsində həyata keçirilən irimiqyaslı və sistemli tədbirlərdən danışıb.

“Heydər Əliyev: dahi şəxsiyyət və müasir Azərbaycanın qurucusu” mövzusunda çıxış edən MDU-nun rektoru Ş.Bayramov müasir Azərbaycanın memarı olan Heydər Əliyevin öz müdrikliyi və uzaqgörənliyi ilə qlobal siyasətin aparıcı simalarından biri olduğunu vurğulayıb. Hazırda regional və qlobal miqyasda söz sahibinə çevrilmiş, geosiyasətin mahiyyətini milli maraqlara uyğun şəkildə dəyişən Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğunu qeyd edən Ş.Bayramov bu gün dahi rəhbərimizin qiymətli mirasının etibarlı əllərdə olduğunu diqqətə çatdırıb. O, Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda qalibiliyyətlərlə dolu yeni dövrün şanlı tarixinin yazıldığını diqqətə çatdırıb.

“Ümummilli Liderin siyasi portreti” mövzusunda çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov Heydər Əliyevin yalnız Azərbaycan xalqının deyil, bütövlükdə müsəlman-türk dünyasının görkəmli öndərlərindən biri, tarixin gedişatını dəyişə bilən və yeni tarix yaradan dövlət xadimi olduğunu deyib. Respublikamızın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev dövrünün misilsiz əhəmiyyətindən danışan C.Yusubov həmin dövrü çağdaş Azərbaycan tarixinin ən şanlı və parlaq səhifələrindən biri kimi dəyərləndirib. Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaradılmasındakı tarixi xidmətlərindən bəhs edən C.Yusubov Ümummilli Liderin məqsədyönlü və uzaqgörən siyasətinin hazırda müasir dövrün tələblərinə, reallıqlarına və qanunauyğunlaqlarına uyğun şəkildə uğurla davam etdirildiyini bildirib.

“Heydər Əliyev ideyalarına sadiq Azərbaycan gəncliyinin Vətən müharibəsində fəal iştirakı” mövzusunda çıxış edən MDU-nun gənc müəllimi, Vətən müharibəsi iştirakçısı Qaragöz Kərimov əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasətinin uğurlarından danışıb. Heydər Əliyevin gənclərin yaxşı təhsil alması və vətənpərvərlik ruhunda tərbiyə olunması məsələsinə böyük əhəmiyyət verdiyini vurğulayan Q.Kərimov gənc nəslin məhz Ümummilli Liderin müəllifi olduğu Azərbaycançılıq ideologiyası ilə yetişdiyini bildirib. Müasir Azərbaycan gənclərinin Vətən müharibəsində göstərdikləri şücaətlərin şahidi olduğunu qeyd edən Q.Kərimov tarixi Zəfərin qazanılmasında iştirak etməkdən şərəf duyduğunu diqqətə çatdırıb.

Elmi konfrans öz işini bölmə iclası ilə davam etdirib.

Qeyd edək ki, MDU-da ümummilli lider Heydər Əliyevə həsr olunan elmi tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir. Dahi şəxsiyyətin irsinin araşdırılması və tələbə gənclərə ötürülməsi universitetdə Vətəninə, dövlətinə və xalqına bağlı, layiqli, vətənpərvər mütəxəssislərin yetişdirilməsi işinə böyük töhfə verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb