HİNDİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB AVUL PAKİR CAYNULABDİN ƏBDÜL KALAMA
Mumbay şəhərində törədilmiş terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Hindistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
12 iyul 2006-cı il.