Hindistanda təqaüdlü təhsil almaq imkanı
Bakı, 5 may, AZƏRTAC
Hindistanın Mədəni Əlaqələr Şurası (ICCR) Azərbaycan vətəndaşları üçün Hindistanın müxtəlif universitetlərində təhsil almaq məqsədilə təqaüd proqramı təklif edir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə elan olunan təqaüd proqramı müxtəlif ixtisas istiqamətlərini əhatə edir. Təqaüd proqramına müraciət üçün son tarix mayın 30-na nəzərdə tutulub. Təqaüd proqramı barədə ətraflı məlumatı Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilmiş elan vasitəsilə əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [19:51]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]