HİNDİSTANIN BAŞ NAZİRİ İRAQA QOŞUN GÖNDƏRİLMƏSİNİN MÜMKÜNLÜYÜNÜ İSTİSNA ETMİŞDİR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Hindistanın Baş naziri Atal Bihari Vacpai Hindistan kontingentinin İraqa göndərilməsinin mümkünlüyünü istisna etmişdir.
Hökumət başçısı yerli jurnalistlərə müsahibəsində bildirmişdir ki, Birləşmiş Ştatlar Nyu-Dehlini öz qoşunlarını çoxmillətli sülhyaratma kontingentinin tərkibinə qatmağa sövq etsə də, Hindistan buna rədd cavabı verir.
Vaşinqton öz qoşunlarını İraqda yerləşdirməyi Hindistana və Pakistana dəfələrlə təklif etmişdir. Hindistan üçün nisbətən sakit kürd bölgələri ayrılmışdır. Lakin həm Hindistan hökuməti, həm də respublikanın müxalifət partiyaları ABŞ-ın təşəbbüsünə mənfi münasibət bəsləyirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 1 oktyabr
- 01.10.2026 [11:13]