Hollandiyalı rəssamın çəkdiyi əsər yenidən oğurlanıb
Bakı, 27 avqust, AZƏRTAC
Məşhur hollandiyalı rəssam Frans Halsın (1582-1666) çəkdiyi “Pivə bakalı əlində iki gülən oğlan uşağı” rəsmi Lerdam şəhərində yerləşən Xofi van Arden muzeyindən oğurlanıb.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, oğurluq avqustun 18-dən 19-na keçən gecə baş verib. Oğrular muzeyin arxa qapısını sındıraraq şəkli oğurlayıblar.
“Bu xəbər bizi çox kədərləndirdi. Ümid edirik əsər yaxın zamanlarda tapılıb muzeyə qaytarılacaq”, - deyə şəhər meri Sors Froxlix bildirib. Onun sözlərinə görə bu cinayət işinin açılmasına çoxlu polis cəlb olunub.
Qeyd edək ki, əsər artıq üçüncü dəfədir oğurlanır. Bundan öncə rəsm əsəri 1998 və 2011-ci ildə oğurlanmışdır. Birinci dəfə rəsm 3 il, ikinci dəfə isə 6 aydan sonra tapılaraq muzeyə qaytarılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.05.2026 [14:18]
Sumqayıt Teatrından uşaqlara bir iyun sürprizi
- 25.05.2026 [12:37]
Əlincə qalasında “Turan marşı”
- 25.05.2026 [12:19]
Eşitmə Məhdudiyyətli Şəxslərin II Mədəniyyət Festivalı keçiriləcək
- 25.05.2026 [11:24]
Tanınmış tarzən Sahib Paşazadə Özbəkistanda mükafatlandırılıb
KLİK Proqramı 6 ay davam edəcək
- [13:00]
Əlincə qalasında “Turan marşı”
- [12:37]
Bu saata olan əsas xəbərlər
- [12:00]