Hoşo Kazufusa: Ənənəvi “No” tamaşasını Azərbaycanda ilk dəfə nümayiş etdirməkdən böyük şərəf duyuruq
Bakı, 1 fevral, AZƏRTAC
Altı yüz ildən çox tarixi olan “No” teatr sənəti Yaponiyanın ən qədim ifaçılıq nümunəsidir. Ənənəvi ədəbiyyat nağılları əsasında qurulan “No” tamaşası rəqs əsaslı səhnələri, maskaları, geyimləri və digər müxtəlif atributları özündə ehtiva edir. Belə bir ənənəvi tamaşanı Azərbaycanda ilk dəfə nümayiş etdirməkdən böyük şərəf duyuruq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yaponiyanın Hoşo Teatrının rəhbəri Hoşo Kazufusa deyib.
“Baxmayaraq mən Azərbaycana ilk dəfədir gəlirəm, görürəm ki, bu ölkə ilə Yaponiya arasında kifayət qədər oxşarlıqlar var. Düşünürəm ki, bunlar qədim tarixə malik İpək Yolundan gələn bənzərliklərdir. Azərbaycan “Odlar Yurdu” adlanır. Müəyyən mənada, Yaponiyanın da od-alovla əlaqəsi var. Çünki Yaponiya dünyada “Gündoğar ölkə” kimi tanınır”, - deyə Hoşo Kazufusa əlavə edib.
Qeyd edək ki, yüksək sənətkarlıq keyfiyyətinə görə “No” teatr sənəti incəsənət növü kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [16:25]
Adil Kərimli UNESCO İcraiyyə Şurasının sədri ilə görüşüb
- 17.06.2026 [15:34]
Lyublyanada “Onların Mehdisi, bizim Mixaylo” sənədli filminin təqdimatı olub
- 17.06.2026 [15:22]
“İRS” layihəsinin təqdimatı olub
- 17.06.2026 [14:42]
Xalq artisti Vamiq Məmmədəliyevin 80 illik yubileyi qeyd olunub
- 17.06.2026 [12:28]