HÖVSAN QƏSƏBƏSİNDƏ BƏRK MƏİŞƏT TULLANTILARININ QANUNAMÜVAFİQ QAYDADA İDARƏ OLUNMASI VƏZİYYƏTİ YOXLANILMIŞDIR
Bakı, 24 avqust (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Daxili İşlər Nazirliyinin əməkdaşları Suraxanı rayonu Hövsan qəsəbəsi Xəzər sahili ərazidə bərk məişət tullantılarının qanunamüvafiq qaydada idarə olunması vəziyyətini yoxlamaq məqsədi ilə reydlər keçirmişlər.
ETSN-dən AZƏRTAC-a verilən məlumata görə, Suraxanı rayonu Hövsan qəsəbəsi dənizkənarı ərazidə fəaliyyət göstərən “Sevil-O” İstehsalat Kommersiya Firmasına məxsus “Tropikanka” iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə firma hüquqi şəxs qismində inzibati qaydada 7000 manat məbləğində cərimə olunmuşdur.
Eyni zamanda həmin ərazidə bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə “Delfin” və “Elnur” iaşə obyektlərinin iş icraçıları hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]