Azərbaycan Dövlət İnformasiya Agentliyi

HTP qalibi: Çində əldə edəcəyim bilikləri Azərbaycanın neft-qaz sənayesinə tətbiq etmək istəyirəm

HTP qalibi: Çində əldə edəcəyim bilikləri Azərbaycanın neft-qaz sənayesinə tətbiq etmək istəyirəm

Bakı, 24 avqust, AZƏRTAC

Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Çində təhsil alacaq 20 nəfərdən biri də Ayhan Əmraslanovdur. O, Pekində yerləşən Çin Neft Universitetində (China University of Petroleum, Beijing - CUPB) neft-qaz mühəndisliyi üzrə magistratura təhsili alacaq. Ayhan Əmraslanov AZƏRTAC-a müsahibəsində Çində təhsil almaq qərarı, seçim prosesi, neft-qaz mühəndisliyi sahəsində hədəfləri və gələcək planlarından danışıb. Müsahibəni təqdim edirik.

– Çin təqaüd proqramı haqqında məlumatı necə əldə etdiniz və müraciət etməyə sizi nə həvəsləndirdi?

– Çində təhsil imkanları haqqında məlumatı ilk olaraq sosial şəbəkələrdən və xəbər platformalarından əldə etdim. Eyni zamanda, dövlətimizin gənclərin xaricdə təhsil alması üçün yaratdığı imkanlarla bağlı müxtəlif mənbələri araşdırmışdım. Çində magistratura təhsili almaq qərarımda isə 2024-cü ildə Pekində iştirak etdiyim tələbə mübadilə proqramının xüsusi rolu oldu. Həmin müddətdə yeni bilik və təcrübələr qazanmaqla yanaşı, müxtəlif ölkələrdən gəlmiş tələbələrlə tanış oldum, Çin mədəniyyəti və tarixinə marağım daha da artdı.

Çində yaşadığım müddətdə məni ən çox təsirləndirən məqamlardan biri insanların səmimiyyəti və qonaqpərvərliyi oldu. Dil baryerinə baxmayaraq, yerli insanlar bizə qarşı çox mehriban davranır, ehtiyac yarandıqda kömək etməyə çalışırdılar. Bu münasibət məndə Çin haqqında çox gözəl təəssürat yaratdı.

Çin mətbəxi də mənim üçün maraqlı idi. Bəzi yeməklərin kifayət qədər ədviyyatlı olmasına baxmayaraq, fərqli və zəngin dadları çox xoşuma gəlmişdi. Buna görə də Çində keçirdiyim bir semestrdən sonra bu ölkəyə yenidən qayıdaraq daha uzun müddət yaşamaq və təhsil almaq istəyim yarandı. Bütün bunlar məni Hökumətlərarası Təqaüd Proqramına müraciət etməyə və magistratura təhsilimi Çində davam etdirməyə həvəsləndirdi.

– Seçim prosesi necə keçdi? Sizin üçün ən çətin mərhələ hansı oldu?

– Təqaüd proqramına hazırlığa yay aylarından başlamışdım. Lazım olan sənədlər və seçim mərhələləri barədə məlumatları Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin internet səhifəsindən əldə etmişdim. Həmçinin əvvəlki illərdə proqramın qalibi olmuş tələbələrlə əlaqə saxlayaraq onların təcrübəsindən faydalanmışdım. Bu, mənə bir çox suallara cavab tapmağa kömək etdi. Məncə, seçim prosesində ən vacib məqamlardan biri səbirli olmaqdır. Xüsusilə professorlarla əlaqə yaratmaq müəyyən vaxt tələb edə bilər. Çünki onlara digər tələbələrdən də çoxsaylı elektron məktublar daxil olur. Mən də müxtəlif universitetlərin professorlarına sənədlərimi və özüm haqqında məlumatları göndərərək onların tədqiqat qruplarına qoşulmaq istəyimi bildirdim. Düzünü desəm, bu proses mənim üçün o qədər də çətin olmadı. Çünki daha əvvəl Çində təhsil almışdım və çinli professorların tələbələrdən nə gözlədikləri barədə müəyyən təsəvvürüm var idi. “WeChat” (Çində geniş istifadə olunan mesajlaşma və ünsiyyət platforması) hesabımın olması da professorlarla daha rahat ünsiyyət qurmağıma imkan verdi. Nəticədə, bir sıra professorlardan müsbət cavab aldım və onlarla əlaqə saxladım.

-Bu universiteti və ixtisası seçməyinizə hansı amillər təsir edib?

– Magistratura təhsili üçün Çinin dörd universitetindən, həmçinin Böyük Britaniya və Qazaxıstandakı universitetlərdən qəbul təklifi almışdım. Lakin Pekində yerləşən Çin Neft Universitetində –neft-qaz mühəndisliyi üzrə təhsil almağa qərar verdim. Bu seçimin əsas səbəblərindən biri həmin universitetlə artıq tanışlığımın olmasıdır. 2024-cü ildə CUPB-də bir semestr mübadilə tələbəsi kimi təhsil almışam və universitetin həm akademik, həm də sosial mühitini yaxından tanımaq imkanım olub. Həmin müddətdə tədrisin səviyyəsi, professorların tələbələrə münasibəti və elmi-tədqiqat imkanları məndə müsbət təəssürat yaradıb. Bu təcrübədən sonra magistratura təhsilimi də məhz burada davam etdirmək istəyim formalaşıb.

Bundan əlavə, CUPB neft-qaz mühəndisliyi sahəsində Asiyanın aparıcı universitetlərindən biridir. Burada neft-qaz yataqlarının işlənməsi, hasilat texnologiyaları, neftvermənin artırılması, CO₂ sekvestrasiyası, hidravlik yarılma və hasilat sistemlərinin optimallaşdırılması kimi mənim tədqiqat maraqlarıma uyğun istiqamətlərdə geniş elmi işlər aparılır. Hesab edirəm ki, bu universitet həm nəzəri biliklərimi, həm də tədqiqat bacarıqlarımı inkişaf etdirmək üçün ən uyğun mühitdir.

-Xaricdə əldə edəcəyiniz ixtisas biliklərini gələcəkdə Azərbaycanda hansı istiqamətlərdə tətbiq etməyi planlaşdırırsınız?

- Təhsil alacağım ixtisasın Azərbaycanda, xüsusilə neft-qaz yataqlarının daha səmərəli işlənməsi və hasilatın optimallaşdırılması istiqamətində faydalı ola biləcəyini düşünürəm. Hazırda Azərbaycanda bir sıra yetkin neft yataqlarında lay təzyiqinin azalması, hasilatın aşağı düşməsi və sulaşmanın artması kimi problemlər müşahidə olunur. Mövcud ehtiyatlardan daha səmərəli istifadə etmək üçün hasilat texnologiyalarının optimallaşdırılması, süni qaldırma üsullarının düzgün seçilməsi, layların daha dəqiq modelləşdirilməsi və neftvermə əmsalının artırılması mühüm əhəmiyyət daşıyır.

CUPB-də rezervuar mühəndisliyi, hasilat texnologiyaları, qeyri-ənənəvi yataqların işlənməsi, hidravlik yarılma və neftvermənin artırılması ilə bağlı əldə edəcəyim bilikləri Azərbaycan yataqlarında mövcud problemlərin həllinə tətbiq etmək istəyirəm. Əsas məqsədim yalnız xaricdə əldə etdiyim biliklərlə öz karyeramı inkişaf etdirmək deyil, həmin bilikləri ölkəmə gətirərək Azərbaycanın neft-qaz sənayesinin daha səmərəli və dayanıqlı inkişafına töhfə verməkdir.

– Karyera planlarınız və hədəfləriniz haqqında nə deyə bilərsiniz?

- Əsas məqsədim əldə edəcəyim bilik və bacarıqları Azərbaycanın neft-qaz sənayesinin inkişafına tətbiq etməkdir. Özümü ilk növbədə yüksəkixtisaslı neft mühəndisi kimi formalaşdırmaq və hasilatın optimallaşdırılması, yataqların işlənməsi və neftvermə əmsalının artırılması istiqamətində çalışmaq istəyirəm.

Magistratura təhsilimi başa vurduqdan sonra yerli və ya beynəlxalq enerji şirkətlərində çalışaraq əldə etdiyim nəzəri bilikləri praktiki problemlərin həllinə tətbiq etməyi planlaşdırıram. Xüsusilə yetkin yataqlarda hasilatın azalmasının qarşısının alınması və mövcud ehtiyatların daha səmərəli işlənməsi mənim üçün maraqlı istiqamətlərdəndir. Əgər imkan yaranarsa, elmi fəaliyyətimi doktorantura səviyyəsində Çində davam etdirərdim.

– Xaricdə təhsil almaq istəyən gənclərə hansı tövsiyələri verərdiniz?

– Xaricdə təhsil almaq istəyən gənclərə ilk növbədə məqsədlərini dəqiq müəyyənləşdirməyi və bu istiqamətdə davamlı çalışmağı tövsiyə edərdim. Xaricdə təhsil yalnız universitetə qəbul olmaqdan ibarət deyil. İnsan həm akademik, həm də şəxsi baxımdan özünü inkişaf etdirməyə hazır olmalıdır.

Mənim təcrübəmdə vacib amillərdən biri əvvəlcədən düzgün araşdırma aparmaq olub. Universitetləri, ixtisasları, professorların tədqiqat istiqamətlərini, təqaüd imkanlarını və tələb olunan sənədləri əvvəlcədən araşdırmaq müraciət prosesini xeyli asanlaşdırır. Digər tərəfdən, seçim prosesində səbirli olmaq çox vacibdir. Bəzən cavab almaq və ya müəyyən mərhələni keçmək gözlənildiyindən daha uzun çəkə bilər. Bu zaman ruhdan düşməmək və alternativlər üzərində işləməyə davam etmək lazımdır.

Gənclərə, həmçinin xaricdə təhsil imkanlarından yalnız diplom əldə etmək üçün deyil, yeni insanlar, mədəniyyətlər və elmi yanaşmalarla tanış olmaq üçün istifadə etməyi tövsiyə edərdim. Çində keçirdiyim bir semestr göstərdi ki, belə təcrübələr insanın dünyagörüşünü və özünəinamını əhəmiyyətli dərəcədə dəyişə bilir.

Ən əsası isə düşünürəm ki, xaricdə əldə edilən bilik və təcrübə sonda insanın öz ölkəsinə də fayda verməlidir. Mənim üçün xaricdə təhsilin əsas məqsədlərindən biri də məhz əldə etdiyim bilikləri gələcəkdə Azərbaycana gətirmək və ölkəmin inkişafına töhfə verməkdir.

Müxbir - Nərmin Muradzadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb