Azərbaycan Dövlət İnformasiya Agentliyi

HÜSEYN CAVİDİN EV MUZEYİNİN AÇILIŞ MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

-Hörmətli alimlər!

Xanımlar və cənablar, dostlar!

Mən bu gün uzun bir fasilədən sonra bu binaya ayaq qoydum. Keçmişdə, 1970-1980-ci illərdə mən Azərbaycanda işləyəndə bu binaya çox gəlmişəm, çünki onda burada Azərbaycanın Ali Soveti yerləşirdi. Gəlib burada iclaslarda iştirak edirdim və hər dəfə bu salonda Azərbaycanın görkəmli şəxsiyyətlərinə, mədəniyyət, elm nümayəndələrinə yüksək dövlət mükafatları təqdim edirdim. İndi onlardan çoxları yoxdur. Ancaq muzeylərdə şəkillərini görəndə həmişə bunu xatırlayıram. Biz sonra Azərbaycanın Ali Soveti üçün yeni bina tikdik. İndi həmin o binada müstəqil Azərbaycanın Milli Məclisi yerləşir.

Bu bina haqqında çox sör-söhbət gedirdi ki, onu kimə verək. Müştəriləri, yəni bu binanı istəyənlər də çox idi. Bu da təbiidir. Çünki bu tarixi binadır və indiyə qədər çox yaxşı qalıbdır. Azərbaycanın tarixi memarlıq abidələrindən biridir. Ancaq mən belə fikirdəydim ki, biz belə binaları yalnız elm, mədəniyyət sahəsində istifadə etməliyik. Ayrı-ayrı nazirliklərə, yaxud inzibati orqanlara belə binaları vermək o qədər də məqsədə uyğun deyildir.

Bu, keçmişdə də olubdur. Amma mən o illərdə də belə fikirdəydim. Çünki belə binalar Azərbaycanın milli sərvətidir. Hansısa bir nazirlik, hansısa bir inzibati təşkilat özü üçün bina ala bilər. Amma belə binaları memarlıq abidələri kimi həm qoruyub saxlamaq lazımdır, həm də onlardan istifadə edərkən, uyğun təşkilatları orada yerləşdirmək, yaxud onların sərəncamına vermək lazımdır. Buna görə də çox mübahisələrdən sonra mən belə qərar qəbul etdim ki, bu bina Əlyazmalar Fonduna verilsin.

Bilirsiniz, indi burada iştirak edənlərin bəziləri xatırlayır, təəssüflər olsun ki, uzun illər, on illiklərlə bizim Əlyazmalar Fondu, yəni tarixi əlyazmaları, Azərbaycanın tarixini əks etdirən kitablar, sənədlər Elmlər Akademiyası binasının birinci mərtəbəsində yerləşirdi. Onların da çoxu orada xarab olurdu. Ona görə belə bir qərar qəbul etdik və mən çox məmnunam ki, bu qərarın qəbul olunması indi özünü tam doğruldubdur.

İndi Əlyazmalar Fondu artıq elmi-tədqiqat institutuna çevrilibdir. Burada, dediyim kimi, Azərbaycanın tarixini əks etdirən çox nadir, çox qiymətli kitablar var. Onların da çoxu Azərbaycanın tarixi abidələridir. Burada indi kollektiv işləyir, elmi tədqiqatlar aparır. Ancaq eyni zamanda düşünürəm ki, Azərbaycanın elm sahəsi ilə məşğul olan adamları, insanları, yaxud ədəbiyyat və incəsənətlə, başqa sahələrlə məşğul olanlar bu əlyazmalardan istifadə edirlər və edəcəklər.

Sonra bir problem də yarandı. Bu da ondan ibarət idi ki, bu binada vaxtilə böyük şairimiz, dramaturq, filosof Hüseyn Cavid yaşamışdır. Hüseyn Cavidin yaşadığı otaqlarda onun ev muzeyinin yaradılması məsələsi meydana çıxdı. Bu məsələ uzun illər gündəlikdə idi. Ancaq təəssüflər olsun ki, həll edilmirdi. Bunu da həll etdik. İndi bu binada Hüseyn Cavidin ev muzeyi yaradılıbdır. O, bu binada yaşayıbdır. İndi mən orada oldum, muzeyi ziyarət etdim. 1920-ci ildən həbs olunana qədər o, ailəsi ilə bu binada yaşayıbdır. Biz burada muzey yaradılmasını təmin etdik. İndi Hüseyn Cavidin ev muzeyi hazırdır.

Bu gün Hüseyn Cavidin anadan olmasının 120 ili tamam olur. Mən bu münasibətlə Sərəncam vermişəm ki, respublikada təşkilatlar Hüseyn Cavidin 120 illik yubileyini keçirsinlər. Ona görə də mən məhz bu gün muzeyin açılışına gəldim.

Muzey çox maraqlıdır, olduqca maraqlıdır. Güman edirəm ki, Hüseyn Cavid yaradıcılığı ilə, onun həyatı ilə maraqlanan insanlar bu muzeydə maraqlı eksponatlar görə bilərlər. Həm də yaradıcılıqla, elmi işlə məşğul olanlar orada özləri üçün çox lazımlı məlumatlar toplaya bilərlər.

Biz repressiya qurbanlarının xatirəsini yad edirik. Onlar vaxtilə repressiyaya məruz qalıblar, həyatlarını itiriblər, ailələrində çox böyük çətinliklər, məhrumiyyətlər yaranıbdır. Bəli, təəssüflər olsun ki, bu böyük insanlara “sağ ol!” demək əvəzinə, onları repressiyalara məruz qoyublar. Biz Azərbaycanda repressiya qurbanlarının, demək olar ki, hamısının xidmətlərini bərpa etməyə çalışmışıq və çalışırıq. Çoxları haqqında kitablar yazılıb, abidələr yaradılıbdır və bu iş bundan sonra da gedəcəkdir.

Hüseyn Cavid də repressiya qurbanlarından biridir və özü də, ailəsi də çox məhrumiyyətlərə məruz qalmışdır. Ancaq repressiyaya təkcə ayrı-ayrı insanlar yox, təəssüflər olsun, bizim xalqımız da məruz qalmışdır. Repressiya təkcə ondan ibarət olmamışdır ki, ayrı-ayrı insanları həbs ediblər, əsərlərini qadağan ediblər, insanları güllələyiblər, öldürüblər, yaxud da sürgün ediblər, onlar həyatlarını orada itiriblər. Ümumiyyətlə, bütün xalqımız repressiyaya məruz qalıbdır. Xalqımızın repressiyaya məruz qalması 1920-ci illərdən başlayaraq, mərhələlərlə, 1950-ci illərin sonlarına qədər davam etmişdir.

Amma bununla bərabər, tariximiz, mədəniyyətimiz də repressiyaya məruz qalmışdır, milliliyimiz də repressiyaya məruz qalmışdır. Çünki Sovetlər İttifaqı dövründə çalışmışdılar ki, bizim tariximizi də, keçmişimizi də, ənənələrimizi də yalnız kommunist ideologiyasına, sovet sosialist quruluşuna uyğunlaşdırsınlar. Təbiidir, belə bir proses gedən zaman həqiqi tariximiz, milli-mənəvi sərvətlərimiz ya məhv olmalı, ya itirilməli idi, yaxud da yaddan çıxarılmalı idi. Bu, bizim tariximizdir. Biz bunu heç vaxt unutmamalıyıq. Bunlardan nəticə çıxarmalıyıq ki, xalqımız daha heç vaxt belə hallarla rastlaşmasın. Xüsusən, ona görə ki, indi bizim xalqımız azad olubdur. Biz müstəqillik əldə etmişik, 11 ildir müstəqil dövlətdə yaşayırıq.

Mən dəfələrlə demişəm və bu gün də bəyan edirəm ki, bizim müstəqillimizin sonu yoxdur. Belə də olacaqdır. Ancaq bu da bizdən asılıdır. Bugünkü, gələcək nəsillərdən asılıdır, hamımızdan asılıdır. Biz bu gün əlimizdən gələni edirik və etməliyik. Gələcək nəsillər üçün də biz nümunə yaratmalı, onlar üçün böyük irs qoyub getməliyik.

Repressiyaya məruz qalmış böyük tarixi, mənəvi dəyərlərimizdən, əsərlərimizdən biri də “Kitabi-Dədə Qorqud” dastanı olmuşdur. Biz onun 1300 illik yubileyini keçirən zaman bu məsələni təhlil etdik, bu barədə danışdıq. Məqalələr, kitablar yazıldı ki, azərbaycanlıları “Kitabi-Dədə Qorqud”dan necə məhrum ediblər. İkinci dünya müharibəsindən sonra SSRİ-də gedən proseslər, o cümlədən Azərbaycanda gedən proseslər zamanı, 1950-ci ildə bizim bu tarixi abidəmizi tamamilə saxtalaşdırmağa, təhrif etməyə çalışdılar və buna da nail oldular. Amma biz “Kitabi-Dədə Qorqud”u xalqımıza qaytardıq. Onun 1300 illik yubileyini beynəlxalq miqyasda keçirdik və dünyaya göstərdik ki, bizim xalqımızın belə qədim tarixi var və belə bir tarixi abidəsi var.

O vaxt yubiley günlərində biz “Dədə Qorqud” eposunun, Azərbaycan dilində yazılmış eposun Drezden kitabxanasında saxlanılan nüsxəsinin surətini almaq istəyirdik. O, indi gəlib çatıbdır. Mən onu sizə təqdim etmək istəyirəm. Hesab edirəm ki, Azərbaycanın bu günü və gələcəyi üçün ən böyük nailiyyətlərdən biridir ki, biz “Dədə Qorqud”u repressiyadan xilas etdik, xalqımıza qaytardıq. Nəhayət, onun əlyazmasının, indiyə qədər Drezden kitabxanasında qorunub saxlanılan əlyazmasının surətini biz Azərbaycana gətirmişik. Mən bunu Əlyazmalar İnstitutuna təqdim edirəm.

Sizinlə görüşməyimdən çox məmnunam. Sizin hamınıza bir daha cansağlığı və işlərinizdə uğurlar arzulayıram. Sağ olun.

(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək