IDEA kampaniyasının quş sığınacaqları indi də Belarusun Berezinski Biosfer Qoruğunda quraşdırılmışdır
Bakı, 30 aprel (AZƏRTAC) Hər il mayın 11-12-də Beynəlxalq Köçəri Quşlar Günü qeyd olunur.
Bu münasibətlə IDEA kampaniyası (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) tərəfindən Belarusun Berezinski Biosfer Qoruğunda 30-a yaxın quş sığınacağı quraşdırılmışdır.
IDEA kampaniyasından AZƏRTAC-a bildirmişlər ki, Berezinski Biosfer Qoruğu Belarus və Avropa təbii irsinin ayrılmaz tərkib hissəsini təşkil edir. Qoruq 1925-ci ildə enliyarpaqlı və iynəyarpaqlı meşə ilə örtülü sahənin unikal landşaftının qorunması və bu sahədə baş verən təbii prosesləri öyrənmək üçün yaradılmışdır. Zəngin flora və faunası olan qoruqda 52 növ məməli, 217 növ quş, 10 növ suda-quruda yaşayan və s. vardır.
IDEA kampaniyasının quş sığınacaqları Bişkek və Moskva şəhərlərində də quraşdırılmışdır.
IDEA kampaniyası köçəri quşların mühafizəsində ictimaiyyətin rolunu artırmaq və insanların təbiətə xüsusi qayğıkeş münasibətini formalaşdırmaq məqsədi ilə 2012-ci ilin may ayında Beynəlxalq Köçəri Quşlar Günü münasibəti ilə “Quşlar üçün sığınacaq dizaynı” adlı müsabiqə elan etmişdir. Müsabiqəyə 100-dən çox eskiz təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]