“İdman qadınlar üçün! Qadınların həyatında! Qadınlarla birgə!” layihəsi çərçivəsində növbəti Oyun Festivalı keçiriləcəkdir
Bakı, 17 may (AZƏRTAC). Mayın 20-də Gəncə Olimpiya İdman Kompleksində “İdman qadınlar üçün! Qadınların həyatında! Qadınlarla birgə!” layihə çərçivəsində planlaşdırılmış növbəti təşviqedici və həvəsləndirici Oyun Festivalı keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, əsasən şən, inklüziv və təhlükəsiz idman hərəkətlərindən ibarət olan Oyun Festivalı “Sosial Xidmətlər Təşəbbüsü” və Milli Olimpiya Komitəsindən olan mütəxəssislərin köməkliyi ilə təşkil olunacaqdır.
Festivalın proqramı, Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli, Mehdi Mehdizadə adına 4 nömrəli, İsrafil Məmmədov adına 27 nömrəli orta ümumtəhsil, həmçinin 2 nömrəli Uşaq-Gənclər İdman məktəbindən olan bədən tərbiyəsi müəllimləri tərəfindən tərtib edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]