“İdman sağlam həyatdır” mövzusunda onlayn görüş keçirilib
Bakı, 19 fevral, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “İdman sağlam həyatdır” mövzusunda gənclərlə onlayn görüş keçirilib.
“Azərbaycan İdman Könüllüləri” İctimai Birliyindən (İB) AZƏRTAC-a bildiriblər ki, görüşdə İctimai Birliyin baş katibi Fərhad Acalov, İB-nin üzvləri və boks üzrə Əməkdar məşqçi Rəhim Allahverdiyev iştirak ediblər.
Tədbirdə Rəhim Allahverdiyev gəncləri maraqlandıran sualları cavablandırıb, idmanın sağlamlıq üçün faydaları haqqında ətraflı məlumat verib.