İKİ ŞAHMATÇIMIZ FİDE-NİN NÖVBƏTİ REYTİNQİNDƏ İLK ONLUĞA DAXİLDİR
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FİDE) dünyanın ən güclü şahmatçılarının üç ay ərzində qüvvədə olacaq növbəti reytinqini elan etmişdir. Ən güclü qrossmeysterlərin siyahısına yenə də hind şahmatçısı V.Anand başçılıq edir. Ekspertlərin fikrincə, güclülərin onluğuna daxil olan iki şahmatçımız böyük uğur qazanmışlar. Teymur Rəcəbov 2749 balla yeddinci yeri tutur. Şəhriyar Məmmədyarov isə 2742 balla doqquzuncu yerdədir.
Mütəxəssislər hesab edirlər ki, T.Rəcəbov hazırda Soçidə keçirilən turniri uğurla başa çatdırarsa, öz reytinqini ciddi surətdə yaxşılaşdıra bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]