Azərbaycan Dövlət İnformasiya Agentliyi

İkinci Qarabağ müharibəsi barədə həqiqətlər Avropa ölkələrinin gömrük xidmətləri rəhbərlərinin diqqətinə çatdırılıb

Bakı, 21 noyabr, AZƏRTAC

Noyabrın 20-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) sədrliyi ilə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu üzrə Gömrük Xidməti rəhbərlərinin virtual konfransı keçirilib. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev videokonfransda ÜGT-nin Avropa Regionu üzrə sədr müavini qismində açılış nitqi ilə çıxış edib.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, komitə sədri koronavirus (COVID-19) epidemiyasının yaratdığı çətinliklərə baxmayaraq, regional və beynəlxalq maraqları nəzərə alaraq ticarətin inkişafı, gömrük işinin səmərəli təşkili məqsədilə region ölkələrinin bu konfransda iştirakını əzmkarlığın, qarşılıqlı əməkdaşlığın təzahürü kimi qiymətləndirib və təşəkkürünü bildirib.

ÜGT-nin Avropa Regionunda iqtisadi inkişafın, beynəlxalq ticarət-təchizat zəncirinin davamlığının və təhlükəsizliyinin təmin edilməsinin bölgədəki siyasi, iqtisadi və sosial problemlərdən asılı olduğunu vurğulayan S.Mehdiyev Azərbaycanın sülhün və sabitliyin qorunmasına yönələn bütün addımları dəstəklədiyini bildirib. Komitə sədri bu il Azərbaycanın yalnız koronavirusla deyil, Ermənistan Respublikasının təcavüzkar siyasətilə də mübarizə apardığını ÜGT-nin Avropa Regionunun 52 ölkəsinin gömrük xidmətləri rəhbərlərinin diqqətinə çatdırıb. S.Mehdiyev bildirib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edirdi. Buna baxmayaraq, Ermənistan sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təcavüz aktını həyata keçirib. Azərbaycan Ordusu qarşı tərəfin hücumunu dəf etmək və öz mülki əhalisini qorumaq məqsədilə əks-həmlə tədbirləri görməyə məcbur olub.

Vurğulanıb ki, hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində aparılıb. Azərbaycanın Ermənistanın təcavüzünə cavabı BMT Nizamnaməsinin 51-ci maddəsi üzrə, özünümüdafiə çərçivəsində həyata keçirilib. O da qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Azərbaycanda bu günə qədər 94 mülki şəxs həlak olub, 414 mülki şəxs isə yaralanıb. Həlak olanlardan 11 nəfəri azyaşlı uşaqlar və məktəblilərdir. Komitə sədri konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub, münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırıldığı elan olunub.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təbirincə desək, İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq-deyə sözünə davam edən komitə sədri əminliklə diqqətə çatdırıb ki, bu münaqişənin sona yetməsi nəinki Qafqaz regionu, ümumilikdə Avropa regionu üçün yeni iqtisadi imkanların bərqərar olmasına töhfəsini verəcək.

Sonra S.Mehdiyev Azərbaycan Gömrük Xidmətinin ÜGT-nin Avropa Regionu üzrə sədr müavinliyi dövründə görülən işlər barədə məlumat verib, qarşılıqlı təcrübə mübadiləsinin artırılması, potensialın gücləndirilməsi istiqamətində atılan addımlardan danışıb. Məruzə zamanı xüsusilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu üzrə sədr müavinliyi dövründə ÜGT-nin illik hesabatına dair sorğu vərəqəsi üzrə məlumatların hazırlanması, təşkilatın Hüquq-Mühafizə Komitəsinin növbəti sessiyasında müzakirə edilməsi məqsədilə Avropa regionu üçün 3 əsas hüquq-mühafizə prioriteti - çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə münasibətdə nağd pulun sərhədlərarası daşınmasına qarşı mübarizə, həmçinin bu sahədə tərəfdaş administrasiyalarla institusional əməkdaşlıq; sərhədlərarası elektron ticarət, internet üzərindən törədilən cinayətlər, yəni internet, sosial şəbəkələr vasitəsilə saxta malların təklif edilməsi; narkotik vasitələrin qanunsuz ticarəti, xüsusilə yüksək zəhərlənmə riski və həyat üçün təhlükə yaradan maddələrin və sintetik narkotiklərin prekursorlarının idxalı kimi məsələlərin həllinə yönəlik səmərəli fəaliyyət qeyd edilib.

Daha sonra Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya çıxış edərək pandemiya dövrünün yaratdığı çətinliklərdən bəhs edib və bildirib ki, qlobal təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi baxımından Ümumdünya Səhiyyə Təşkilatının təcrübəsi öyrənilməli və tətbiq edilməlidir. K.Mikuriya ÜGT-nin müvafiq qurumlarının virtual şəkildə fəaliyyətindən danışıb və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin faydalarına da diqqət çəkib.

Türkiyənin ticarət nazirinin müavini Rıza Tuna Turagay “Avropa gömrük idarələrinin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə qabaqcıl təcrübələrinin mübadiləsi” mövzusunda çıxış edərək pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq səmərəli fəaliyyətin təşkilinin vacibliyindən, koronavirusla mübarizə tədbirlərinə dəstək göstərməyin əhəmiyyətindən bəhs edib.

Daha sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin müavini İqbal Babayev “Bergen Sazişinə yenidən baxılması” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə ÜGT-nin Siyasi Komissiyasında Rusiya Federasiyasının Əsas İanəçilər qrupunda İspaniyanı əvəzləməsi səbəbindən İspaniyanın üzləşdiyi vəziyyətlə bağlı Bergen Sazişinə müvafiq dəyişikliklərin hazırlanması üçün Azərbaycanın təşəbbüsü ilə İşçi Qrupun 2020-ci il yanvarın 23-24-də Bakı şəhərində keçirilmiş iclasının nəticələri, həmçinin Bergen Sazişinə dəyişiklik prinsipini müəyyən etmək məqsədilə Azərbaycanın təşəbbüsü çərçivəsində Avropa regionuna daxil olan gömrük xidmətləri arasında keçirilmiş səsvermənin nəticələri təqdim olunub.

Rusiya Federal Gömrük Xidmətinin Belçika Krallığındakı nümayəndəsi Dmitry Subochev “ÜGT-də fəaliyyətin qiymətləndirilməsi sisteminin yaradılması” mövzusunda təqdimatla çıxış edib.

Konfrans çərçivəsində ÜGT-nin Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Eser Çengel hesabat nitqi ilə çıxış edib. ÜGT-nin Avropa Regionunun Regional Məlumat Əlaqələndirmə Qovşaqlarının birgə təqdimatını RILO ECE-nin rəhbəri xanım Katarzyna Banaszek keçirib.

Konfransın sonunda isə Gömrük Əməkdaşlıq Şurasının ali orqanına seçkilərin keçirilməsinə dair aparılan müzakirələrdə Türkiyə, Rusiya və Avropa İttifaqının nümayəndələri söz alaraq ötən dövr ərzində Azərbaycanın vitse-sədr qismində effektiv fəaliyyətini yüksək qiymətləndirib və növbəti il üçün də ÜGT-nin Avropa Regionuna rəhbərliyinin uzadılması təklifini irəli sürüblər. Təklif regionun digər üzv dövlətləri tərəfindən birmənalı olaraq dəstəklənib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb

Bakıda CAMCA Regional Forumu işə başlayıb

Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub

Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir

Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır

Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib

CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb

Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

ADEX 2026: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Kürdəmirdə toy məclisindən sonra bir neçə qonağın halı pisləşib

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Milli Məclisin 2026-cı ilin payız sessiyasında ilk plenar iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir