İlahiyyat İnstitutu: İmtahanlarda yüksək nəticə göstərən tələbələrə adlı təqaüdlər veriləcək
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2023-2024-cü tədris ilinin bakalavriat və magistratura səviyyələri üzrə payız semestrinin qış imtahan sessiyası başa çatıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, dörd həftə davam edən sessiya əyani formada yazılı, ehtiyac olduğu təqdirdə isə şifahi formada keçirilib.
İmtahan sessiyası müddətində qazandıqları nəticələrə əsasən tələbələrə adi təqaüdlə yanaşı, Aİİ-də təsis olunmuş Heydər Əliyev adına, Qafqaz Müsəlmanları İdarəsinin təsis etdiyi Şeyxülislam adına və akademik Vasim Məmmədəliyev adına təqaüdlər veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [19:51]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]