İlahiyyat İnstitutunun “Əsasnamələr, qaydalar, təlimatlar və məlumatlar toplusu” nəşr edilib
Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “Əsasnamələr, qaydalar, təlimatlar və məlumatlar toplusu” kitabı nəşr edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, baş redaktoru institutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov olan topluda universitet həyatının bütün sahələrini tənzimləyən 31-ə qədər sənəd mövzular üzrə 6 bölmədə verilib. Kitab institutun idarəetmə orqanları, strukturu, elmi fəaliyyəti, mütəxəssis və elmi-pedaqoji kadr hazırlığının səviyyələri, tədrisin təşkili və müəssisədaxili nizam-intizama dair əsasnamə, təlimat, qayda və məlumatları ehtiva edir.
Bölmə və strukturların fəaliyyətini tənzimləyən sənədlərin hazırlanmasında Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, institutun nizamnaməsinə və digər qanunvericilik aktlarına istinad olunub.
Gələcəkdə institutun fəaliyyət dairəsinin genişlənməsi, yeni struktur bölmələrinin yaradılması ilə mövcud əsasnamə və qaydaların təkmilləşdirilməsi, həmçinin yeni sənədlərin hazırlanması nəzərdə tutulub.
Qeyd edək ki, institutun “Din araşdırmaları” jurnalı və “İlahiyyatçı” qəzetinin ilin sonunadək çap olunması nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]