CƏMİYYƏT
İmişlililər narkomaniyanın insanların həyat və sağlamlığına verdiyi fəsadlar barədə məlumatlandırılıblar
![](/files/galleryphoto/2023/2/1200x630/168631556342768728_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16863155633585114574_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16863155633408242409_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16863155633398041817_1200x630.jpg)
Bakı, 9 iyun, AZƏRTAC
BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun və İmişli Rayon İcra Hakimyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə xarakterli tədbir keçirilib.
Dövlət Komissiyasından AZƏRTAC-a bildirilib ki, tədbirdə, rayon icra hakimiyyətinin birinci müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupun məsul əməkdaşı, rayon üzrə komissiyanın nümayəndələri, məktəblərin təlim-tərbiyə üzrə direktor müavinləri və psixoloqlar iştirak ediblər.
Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda işçi qrupunun hazırladığı “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara verilib.