İncəsənət Gimnaziyasının şagirdləri beynəlxalq müsabiqədə birinci olublar
Bakı, 13 may, AZƏRTAC
Yunanıstanda keçirilən VIII Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinə (Biennale) qatılan Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının şagirdləri uğur qazanıblar.
Gimnaziyadan AZƏRTAC-a bildirilib ki, təhsil ocağının VII sinif şagirdi Surə Dadaşzadə və IX sinif şagird Abdulrəhim Bağırlının rəsmləri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək birinci yerə layiq görülüb.
Qeyd edək ki, hər iki şagird beynəlxalq müsabiqə laureatıdır, dəfələrlə beynəlxalq müsabiqələrdə qalib olublar.
Yunanıstanda keçirilən bu müsabiqə iki ildən bir təşkil edilir.