REGİONLAR
İndiyədək Yardımlıda 789 hektar sahədə yazlıq bitkilər əkilib
Yardımlı, 5 aprel, AZƏRTAC
Yardımlı rayonunda 2022-ci ilin məhsulu üçün yazlıq bitkilərin əkin kampaniyası davam edir.
Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev AZƏRTAC-a bildirib ki, aprel ayının əvvəlinə olan məlumata əsasən, rayon üzrə 789 hektar sahədə müxtəlif növ yazlıq bitkilər əkilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 hektar çoxdur. Yazlıq əkin sahəsinin 199 hektarı dənli və dənli paxlalı bitkilər, 478 hektarı kartof, 112 hektarı isə müxtəlif növ tərəvəz bitkiləridir.
Yolocaq, Şiləvəngə, Vərov və Horavar ərazi nümayəndəliklərinin əhali təsərrüfatları əkin kampaniyasında daha fəal iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]