RƏSMİ XRONİKA
İndoneziya Respublikasının Prezidenti Zati-aliləri cənab Susilo Bambanq Yudhoyonoya
Hörmətli cənab Prezident,
İndoneziya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-İndoneziya münasibətləri, ölkələrimiz arasındakı dostluq əlaqələri və ikitərəfli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 1 avqust 2012-ci il.