RƏSMİ XRONİKA
İNDONEZİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB SUSİLO BAMBANQ YUDHOYONOYA
Hörmətli cənab Prezident,
Yava adasında baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə kədərləndirdi.
Baş vermiş faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün İndoneziya xalqına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
18 iyul 2006-cı il.