İndoneziyada növbəti partlayış zamanı 3 nəfər ölüb
Bakı, 14 may, AZƏRTAC
İndoneziyanın Yava ştatında daha bir partlayış qeydə alınıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, insident bu dəfə Sidoarco şəhərində yerləşən yaşayış binasında baş verib.
İlkin məlumata əsasən, mənzillərdən birində əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində biri yeniyetmə olmaqla, 3 nəfər həlak olub. Partlayış zamanı mənzildə olan daha iki uşaq sağ qalıb və təxliyə olunublar.
Qeyd edək ki, mayın 13-də İndoneziyanın Yava adasında yerləşən kilsələrdə törədilən partlayışlar nəticəsində ən azından 9 nəfər ölüb, 40-dan çox insan yaralanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]