İndoneziyada vulkan püskürməsi nəticəsində on nəfər həlak olub
Bakı, 4 noyabr, AZƏRTAC
İndoneziyada vulkan püskürməsi nəticəsində on nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə ANTARA Xəbər Agentliyi məlumat yayıb. Bildirilib ki, püskürmə məşhur turist adalarından biri olan Floresdə yerləşən 1703 metrlik əkiz vulkan olan Levotobi Laki-Laki dağı ərazisində baş verib.
Ölkənin Fəlakətlərin Azaldılması Agentliyinin mətbuat katibi Əbdül Muhari ölənlərin sayını təsdiqləyərək, vulkan püskürmələri nəticəsində 10 min 295 nəfərin zərər çəkdiyini açıqlayıb.
İndoneziyanın vulkanologiya agentliyinin məlumatına görə, vulkan nəticəsində bəzi taxta evlər yanıb, kəndlərə ziyan dəyib. Agentlik xəbərdarlıq səviyyəsinin ən yüksək həddə olduğunu vurğulayıb.
Qeyd edək ki, İndoneziyada 400-dən çox vulkan var, onlardan azı 129-u aktivdir, 65-i isə təhlükəli kimi təsnif edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]
Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı
- 09.10.2026 [11:04]
İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib
- 09.10.2026 [09:34]
Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib
- 09.10.2026 [09:05]
İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
- 09.10.2026 [07:49]
“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər
- 09.10.2026 [06:44]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Əhalinin gəlirləri artıb
- [11:43]
Azərbaycanda ÜDM artıb
- [11:26]
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]