İndoneziyanın qərbində 5,8 bal gücündə zəlzələ olub
Tokio, 5 may, AZƏRTAC
Mayın 5-də yerli vaxtla saat 8:24 dəqiqədə İndoneziyanın Qərbi Sumatra əyalətində 5,8 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə İndoneziya Meteorologiya, Klimatologiya və Geofizika Agentliyi məlumat yayıb.
Yeraltı təkanların Mentavay adalarındakı Tuapect kəndindən 3 kilometr cənub-qərbdə, ocağının 29 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir, Sunami xəbərdarlığı elan edilməyib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]