İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARI SAHƏSİNDƏ ABŞ-LA ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfir nazirliyin həyata keçirdiyi genişmiqyaslı işləri yüksək qiymətləndirmiş, Azərbaycan-ABŞ birgə müəssisəsi olan “CATEL” şirkətinin problemlərinin həll edilməsinə görə təşəkkürünü bildirmişdir.
Görüşdə Azərbaycanın ABŞ Ticarət və İnkişaf Agentliyi ilə bağladığı qrant müqaviləsinin əhəmiyyəti vurğulanmış, Əli Abbasovun bu ilin iyulunda ABŞ-a gözlənilən səfəri, səfər zamanı tərəflər arasında memorandum imzalanacağı diqqətə çatdırılmışdır. Həmçinin ABŞ-ın informasiya-kommunikasiya sahəsində fəaliyyət göstərən şirkətlərinin Azərbaycanda texnika parklarının yaradılmasında, rabitə müəssisələrinin özəlləşdirilməsində iştiraka dəvət olunması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
R.Harniş Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində daha böyük uğurlar əldə edəcəyinə inandığını bildirmiş, nazirliyin ABŞ şirkətləri ilə qarşılıqlı əlaqələr sahəsində fəaliyyətini yüksək qiymətləndirmişdir.
Nazir Azərbaycanda diplomatik missiyasını başa vurmuş səfirə bundan sonrakı işlərində uğurlar arzulamış və ölkəmizin İKT sahəsində fəaliyyət göstərən ABŞ şirkətləri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [15:10]
Dünyada dizel yanacağı ucuzlaşacaq
- 10.10.2026 [11:09]
Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb
- 10.10.2026 [11:00]
Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO
- 10.10.2026 [10:27]
Dünya birjalarında neftin qiyməti artıb VİDEO
- 10.10.2026 [08:29]
Kənd təsərrüfatı naziri Çində səfərdədir
- 09.10.2026 [21:16]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [20:29]